Cəlilabad sakinindən 24 min saxta manat götürülüb

Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxslər tutulub. Masallı rayonu Qəriblər kəndindəki mağazalardan birinə gələn naməlum şəxslərin oradan ərzaq məhsulları alaraq 1 ədəd saxta əsginas verib. Polisə daxil olan həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Cəlilabad rayon sakinləri – Ramal Əbülhəsənov və Şahəddin Musayev olmaları müəyyən edilib və hər iki şəxs saxlanılıb.

Azərbaycanda saxta pulları dövriyyəyə buraxan şəxslər tutulub. Masallı rayonu Qəriblər kəndindəki mağazalardan birinə gələn naməlum şəxslərin oradan ərzaq məhsulları alaraq 1 ədəd saxta əsginas verib. Polisə daxil olan həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin Cəlilabad rayon sakinləri - Ramal Əbülhəsənov və Şahəddin Musayev olmaları müəyyən edilib və hər iki şəxs saxlanılıb.

R. Əbülhəsənova məxsus avtomobilə baxış zamanı oradan 5 ədəd 100 manatlıq saxta əsginas götürülüb. Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovdan 240 ədəd 100 manatlıq saxta əsginas götürüblər. Hər iki faktla bağlı araşdırma aparılır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31