Azərbaycan Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıla bilər

Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankın üzləşdiyi çətinlik və problemli kreditlər məsələsi ilə bağlı Londonda səfərdə olub. Səfərdə əsas məqsəd Beynəlxalq Bankın üzləşdiyi problemi xarici investorlarla müzakirə etmək və bu məsələdə ortaq bir məxrəcə gəlib, məsələnin həllinə nail olmaqdır. Maraqlıdır, Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdən hansı nəticələr əldə etmək mümkündür?  Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.

Ekspert: "Ölkənin aparıcı bankının özünü müflis elan etməsi arzuolunan hal deyil"

Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankın üzləşdiyi çətinlik və problemli kreditlər məsələsi ilə bağlı Londonda səfərdə olub. Səfərdə əsas məqsəd Beynəlxalq Bankın üzləşdiyi problemi xarici investorlarla müzakirə etmək və bu məsələdə ortaq bir məxrəcə gəlib, məsələnin həllinə nail olmaqdır. Maraqlıdır, Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdən hansı nəticələr əldə etmək mümkündür?  Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib. Onun sözlərinə görə, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Bununla da xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək. Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir: "Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir".Onun sözlərinə görə, restrukturizasiya prosesi Azərbaycan Beynəlxalq Bankının maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq: "Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. Azərbaycan Beynəlxalq Bankı bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq". A.İbrahimov bildirib ki, restrukturizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək: "Azərbaycan Beynəlxalq Bankı öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək".

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Londonda aparılan danışıqlar elə də asan başa gəlmir: "Baxmayaraq ki, Azərbaycan hökuməti Beynəlxalq Bankın 10 milyard manat  həcmində olan toksin borcunu öz üzərinə götürüb. Ancaq bununla yanaşı, 3,3 milyard dollar həcmində xarici borc öhdəliyi var. Bax, bu baxımdan da danışıqlar asan keçmir və bunun asan keçməcəyi də gözlənilən idi. Çünki bu danışıqlarda kreditorlarla ziyanın bölüşdürülməsi və paylaşması da müzakirə olunur. Azərbaycan tərəfi xarici borcları üç mərhələdə qaytarmaq istəyir. Bunlardan biri də kreditlərin müqavilə müddətinin uzadılmasıdır". Ekspert əlavə edib ki, kreditorlar isə ziyanın bölüşdürülməsində elə də maraqlı görünmürlər: "Hökumət vəziyyətdən çıxış yolunu tapmalı və problemi qısa zamanda həll etməlidir, əks təqdirdə bank-maliyyə sektoru daha ciddi problemlərlə üzləşəcək. Beynəlxalq Bankın defolt olması ilə bağlı Nyu-York məhkəməsinə müraciət etməsi, artıq bu bankın kredit reytinqinin kəskin aşağı düşməsinə gətirib çıxarıb. Hesab edirəm ki, Azərbaycan hökumətinin Beynəlxalq Bankla bağlı apardığı danışıqlar nəticə verməsə, bu, sonda Azərbaycanın kredit reytinqinin aşağı düşməsinə gətirib çıxaracaq. Ölkənin aparıcı bankının özünü müflis elan etməsi heç bir halda arzuolunan hal deyil. O baxımdan, danışıqlarda kreditorların da mövqeyini başa düşmək olar". V.Bayramov qeyd edib ki, danışıqlarda fərli mövqelər olduğundan danışıqlarda hansı nəticənin əldə olunacağı barədə nəsə demək çətindir: "Bircə onu demək olar ki, danışıqlar asan keçməyəcək. O baxımdan, Azərbaycan hökuməti bank sektoruna olan inamın və likvidliyin bərpa olunması üçün danışıqların nəticəli olması üçün əlindən gələni etməlidir. Əks təqdirdə bu, Azərbaycanın maliyyə-bank sektoruna mənfi təsir edəcək". Ekspert deyib ki, Azərbaycan hökuməti ölkənin maliyyə-bank sektoruna daha ciddi ziyan dəymədən problemin aradan qaldırılmasına nail olmalıdır: "Beynəlxalq Bankın Nyu-Yorka müflis olmaqla bağlı müraciəti təkcə Beynəlxalq Bankın kredit reytinqinin kəskin enməsinə səbəb olmayıb, bu ölkənin kredit reytinqinə, həmçinin digər banklara inamı azaldıb".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31