İslam həmrəyliyinin Azərbaycan nümunəsi

Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə dini icmanın sədri E.Baxşıyev tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.

Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Pirallahı rayonu "Pirallahı" məscidi dini icması tərəfindən "İslam həmrəyliyinin Azərbaycan nümunəsi" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə dini icmanın sədri E.Baxşıyev tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bəzi ayələrini şərh edən icma sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırdığını bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri A.Kazımov müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31