“İntizar” nümayiş olundu
Akademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə “İntizar” operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. İttifaqdan “Olaylar” – a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
25 May 2017 13:46 İncəsənətAkademik Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin yubileyi münasibətilə "İntizar" operası nümayiş olunub. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.
İttifaqdan "Olaylar" - a bildirlib ki, əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və aparıcı solist Tural Ağasıyev (kəndli) ifa etdilər. Tamaşanı Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
Məlumat üçün bildirək ki, "İntizar" operası ("Qarabağnamə" adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində xalq artisti Cənnət Səlimovanın qruluşunda və dünya şöhrətli dirijor ArkadiŞtеynluхtun idarəsi ilə nümayiş olunub.
2009-cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.
Tamaşanın səhnə tərtibatında video görüntülərdə Qarabağın gözəl təbiət mənzərələri, dəhşət saçan müharibə təsvirləri, rənglərin dəyişməsi, günəşli, işıqlı rənglərin getdikcə tündləşməsi, qaralması və nəhayət, finalda yenidən parlaq rənglərin canlandırılması, ekranda sanki göyün dərinliklərindən "Ağ atlı" xilaskarın peyda olması əsərin ideya-bədii həllinin təzahürü kimi dəyərləndirilə bilər.