“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres keçiriləcək  

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edir. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, konqres iştirakçıları əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar. Mayın 27-də isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresini təşkil edir. Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, konqres iştirakçıları əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar. Mayın 27-də isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.

Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. "Bakı Ürək Günləri" 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir "Bakı Ürək Günləri" Beynəlxalq Konqresini təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31