Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyəti yaxşılaşdırılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Abşeron rayonunda “Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimai rolun artırılması” layihəsi çərçivəsində tədbirlərini davam etdirir.
25 May 2017 14:13 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Sosial- İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi Abşeron rayonunda "Qaçqın və məcburi köçkünlərin əmək fəaliyyətinin yaxşılaşdırılmasında ictimai rolun artırılması" layihəsi çərçivəsində tədbirlərini davam etdirir. İctimai Birlikdən "OLAYLAR"a bildirilib ki, tədbir Abşeron rayonu ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlərin iştirakı ilə keçirilib. Əvvəlcə layihənin məqsədi haqqında İctimai Birliyin sədri Rahilə Mehdiyeva geniş məlumat verib. Sonra İH-nin nümayəndəsi Vüqar Bəşirov həm "Sosial- İqtisadi və Ekoloji İnkişaf" İB-nin həm də başqa QHT-lərin belə tədbirlərin rayonda keçirilməsini yüksək qiymətləndirək, bu cür lahiyələrin dəstəyinə görə QHT Şurasına minnətdarlığını bildirib. Görüşdə iştirak edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Rayon üzrə məsləhətçisi Vidadi İsayev bildirib ki, qaçın və məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması ölkə Prezidentinin həmişə diqqət mərkəzində olub. Tədbirdə maraqlı təkliflər irəli sürülüb, qarşılıqlı müzakirə aparılıb.