Totti karyerasını davam etdirə bilər

"Roma"nın kapitanı Françesko Totti karyerasını davam etdirə bilər. "La Gazzetta dello Sport" ona A Seriyasının bir klubundan təklif gəldiyini yazıb. Veteran hücumçunun İtaliyada başqa kluba gedəcəyi inandırıcı deyil. "Roma" rəhbərliyi onun karyerasını "Genoa" ilə oyundan sonra başa vuracağını və klubun strukturunda fəaliyyətə başlayacağını bildirmişdi.

Totti isə karyerasını başa vurmaq barədə suala qeyri-müəyyən cavab vermişdi. Gözlənilir ki, Françesko paytaxt klubunda texniki direktor olacaq. Onun 6 illik müqavilə ilə 600 min avro məvacib alacağı deyilir.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31