AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilir. Akademiyadan “Olaylar” – a bildirlib ki, müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilir. Akademiyadan "Olaylar" - a bildirlib ki, müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

AMEA prezidenti, akademik Akif Əlizadə görüşün baş tutmasını çoxdan arzuladığını deyib. Akademik bildirib ki, FHN olduqca böyük işgüzarlıqla fəaliyyət göstərir. A. Əlizadə qeyd edib ki, bu gün akademiyanın əməkdaşları bir sıra təqdimatlarla çıxış edəcəklər.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov görüş üçün AMEA rəhbərliyinə təşəkkür edib. Nazir qeyd edib ki, prezident İlham Əliyevin bu gün ölkədə apardığı siyasətin tərkib hissələrindən biri də elmin inkişafıdır.

Daha sonra AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov "Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər" mövzusunda təqdimatla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31