Ndlovu milliyə çağrılmadı
Cənubi Afrika Respublikası (CAR) yığmasının yeni baş məşqçisi Stüart Bakster səfərdə Nigeriya ilə keçirəcəkləri 2019-cu il Afrika Millətlər Kubokunun seçmə oyunu üçün heyəti açıqlayıb.
25 May 2017 15:40 İdmanCənubi Afrika Respublikası (CAR) yığmasının yeni baş məşqçisi Stüart Bakster səfərdə Nigeriya ilə keçirəcəkləri 2019-cu il Afrika Millətlər Kubokunun seçmə oyunu üçün heyəti açıqlayıb. 25 nəfərlik siyahıya "Qarabağ"ın bombardiri Dino Ndlovunun adı daxil edilməyib. İyunun 10-da keçiriləcək görüşə Ndlovunun hansı səbəbdən dəvət almadığı bilinmir. 27 yaşlı forvard əvvəlki baş məşqçi Efraim Maşaba ilə münasibəti yaxşı deyildi. O, mayın 5-də "Qarabağ"ın Naxçıvanda "Qəbələ" ilə keçirdiyi Azərbaycan Kubokunun final matçını zədə üzündən buraxmışdı. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31