İƏT-in Daimi Komitəsinin 5-ci illik koordinasiya iclası keçirilir
Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilir.
25 May 2017 15:29 SosialAnkara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, iclasda Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin marketinq sektorunun məsləhətçisi Azər Orucov təmsil edir. İclasın gündəliyinə uyğun olaraq 23 may 2017-ci il tarixində günün birinci yarısında COMCEC-in Katibliyi tərəfindən COMCEC strategiyasının icra vəziyyəti, üzv ölkələrdə COMCEC-in fəaliyyətinin genişləndirilməsi, COMCEC tərəfindən həyata keçirilən tədqiqat işlərinin inkişaf etdirilməsi mövzusunda təqdimatlar nümayiş olunmuş və təqdim olunan mövzular ətrafında müzakirələr aparılmışdır. Günün ikinci yarısında isə COMCEC-in siyasi tövsiyələrinin icrasında meydana çıxan çətinliklər və işçi qrupların 2017-2020-ci illərdə fəaliyyət istiqamətləri müzakirə olunub. Növbəti iki gün ərzində COMCEC çərçivəsində layihə maliyyələşməsi, layihələrin hazırlanması, təqdim olunması mövzusunda müzakirələrin aparılması və iştirakçılar üçün sosial proqramla tədbir davam edəcək.