Züleyxa Nadir yazır... 700 bal və işsizliyin fəsadları...
Ali məktəblərə imtahan həyəcanı aprelin 30-dan başlayıb. Bu hələ başlanğıcdı. Abituyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayacaqlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik hələ bir neçə gün davam edəcək. Yüksək bal toplayan abituriyent üçün bu məsələ asan həll olunur, hər kəs əvvəlcədən sevdiyi, bəyəndiyi ixtisası seçib yazacaq. Amma nisbətən aşağı bal toplayan abitureyntlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Bir çox hallarda topladıqları bala uyğun istəmədikləri, təsadüfü bir ixtisası seçirlər - təki ali məktəbə qəbul olunsunlar. Bunun da nəticəsi sonradan cəmiyyətdə özünü neqativ tərəfdən əks etdirir.
25 May 2017 15:22 SosialZüleyxa Nadir
700 bal və işsizliyin fəsadları...
Ali məktəblərə imtahan həyəcanı aprelin 30-dan başlayıb. Bu hələ başlanğıcdı. Abituyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayacaqlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik hələ bir neçə gün davam edəcək. Yüksək bal toplayan abituriyent üçün bu məsələ asan həll olunur, hər kəs əvvəlcədən sevdiyi, bəyəndiyi ixtisası seçib yazacaq. Amma nisbətən aşağı bal toplayan abitureyntlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Bir çox hallarda topladıqları bala uyğun istəmədikləri, təsadüfü bir ixtisası seçirlər - təki ali məktəbə qəbul olunsunlar. Bunun da nəticəsi sonradan cəmiyyətdə özünü neqativ tərəfdən əks etdirir.
Bu il ötən illərdən fərqli olaraq ali məktəblərə iki dəfə imtahan verilir. Birinci dəfə imtahan verən abituriyentin ikinci dəfə imtahan zalına girib biliyini sınamaq ixtiyarı var. Bu, məncə, çox yaxşıdı. Ola bilər ki, XI sinif şagirdi imtahan vaxtı həyəcanlanıb bildiklərini də yaddan çıxara bilər. Ona görə də ona ikinci dəfə şans verilir ki, əvvəlki səhvini təkrar etməsin. Yaxud da ola bilər ki, abituriyent may ayında verdiyi imtahan nəticəsindən razı qalmasın. Qarşıda onun daha iki ay vaxtı var ki, daha yaxşı hazırlaşsıb təkrar imtahan verə bilsin.
Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 3 nəfər ən yüksək nəticəni göstərib və 700 bal toplayıb. Mayın 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imatahanda isə 7 nəfər 700 bal toplayıb. Xeyli sayda abituriyent 600-700 bal arası nəticə göstərib.
Nəzərə alsaq ki, indi ötən əsrin 70-80-ci illəri deyil, sovet təhsil sistemi kökündən ləğv olunub, çoxlu sayda islahatlar aparılıb, elmi-texniki tərəqqi təhsildə daha qabarıq inkişaf edib, deməli, bu göstərici çox aşağıdı. Ali məktəblərə qəbulla bağlı hər il yüksək nəticə gözlənilsə də təəssüf ki, yenə də zəif bilik nümunələri ilə üz-üzə gəlirik.
Hər kəs 700 bal toplaya bilməz, bu, təbiidi. Amma indiki zamanda, ən azı, 80 faiz abituriyent yüksək göstərici əldə edə bilər. Bu gözlənti isə ildən-ilə aşağı səviyyəyə enir. Səbəb də odur ki, ali məktəblərə imtahan verən abituriyentlər bütün fənnlər üzrə hazırlıqlı olmurlar. Onlar seçdikləri ixtisas qrupuna daxil olan fənnləri repititor yanına gedərək öyrənirlər. Bir çox hallarda test bankındakı suallardan kənara çıxmırlar. Repititorlar çalışırlar ki, hazırladığı uşaqlar
yalnız həmin suallar ətrafında öyrənsinlər. Təcrübə göstərir ki, bir çox hallarda uşaqlar testləri əzbərlədikləri üçün qəbul imtahanında tanış olmayan sualları cavablandırmaqda aciz qalırlar. Nəticədə şox aşağı balla universitet tələbəsi olurlar. Məzun olandan sonra da aldıqları diplom heç nəyə yaramır.
Bu gün 700 bal toplayan abituriyentlərin qarşısında nələr dayanıb? Bu sual valideynləri daha çox narahat edir. İllərlə oxumaqdan gözünün qarası gedən, ən yüksək bilik dərəcəsi alan 17 yaşlı gənc ali məktəbdə xoş olmayan situasiya rastlaşır. Bəzi universitetlərdə dərs keyfiyyəti orta səviyyədədir, eləsi var ki, orda lap aşağıdı. Universitet müəllimləri 700 bal toplayan abituriyentlə 200 bal toplayıb sinif otağında yanaşı oturan tələbəyə eyni münasibət sərgiləyir. Bu fakt var, bunu heç kim dana bilməz. Belə olan halda tələbə həvəsdən düşür, marağı azalır. İmkanlı ailənin övladı belə vəziyyətlə barışmayıb xaricidə oxumağa gedir. Amma kasıb ailənin övladı bundan məhrumdu. Tədris proqramı başa çatmamış 700 bal toplayan abituyentin tələbəlik xəyalları, sanki, suya düşmüş olur.
Dərd bununla bitmir. Dörd il bakalavr, iki il də magistr təhsili ilə fərqlənmə diplomu alan gəncləri sonra işzizlik problemi cənginə alır. Əvvəla ixtisasına uyğun iş tapa bilmir. Ərizə ilə müraciət etdiyi, CV göndrədiyi dövlət qurumları və şirkətlər onun qarşısına keçilməz bəhanlər qoyurlar. Yaxud da məzun dövlət orqanlarında dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı verir. Çox vaxt bu da uğurlu alınmır, imtahan verən gəncin ümidləri sınıq-sınıq olur.
Ən yüksən balla imtahandan keçən məzuna "növbəti vakansiya olanda səni qəbul edəcəyik" deyib ruhdan salırlar. Halbuki nəzərdə tutulan, məsələn, iki iş yerinə ondan da aşağı bal toplayan bir başqasını götürüblər. Bax, bu zaman altı il əvvəl imtahan verib 700 bal toplayan zaman keçirdiyi sevinc hissindən bu günə qalan az miqdarda olan hissəyə də elə bir kölgə düşür ki, bir ömür onu unuda bilmir. Ya baş götürüb bu ölkədən gedir (ona da maddi imkanı çatsa), ya da illərlə topladığı biliyini fəhlə atributlarının - daşın-kəsəyin, taxta-şalbanın, dəmirin-misin altında "xıncam-xıncam" edir.
Sovet təhsil sistemində ali məktəbləri dövlət maliyyələşdirirdi (əlbəttə rüşvətlə daxil olanlar istisna deyil). Həmçinin də məzunları işlə təmin edir, onların məcburi qaydada, ən azı, üç il təyinatla göndərildikləri yerdə işləməsinə nəzarət edirdi. Son iyirmi ildə isə vəziyyət tam fərqlidi. Ali məktəb məzunu belə komfortdan, hazır iş yerindən məhrumdu. Ona görə də ölkədə ildən-ilə təhsilin səviyyəsii aşağı üşür. Nə orta məktəblərdə, nə də ali məktəblərdə oxuyan gənclər doğru-dürüst yetişdirilmir. Çünki "öyrətmən" adını daşıyan insanlar öyrəncisinin gələcək taleyinə təminat verə bilmir. Müəllimlər bilirlər ki, onun şagirdi, yaxud da tələbəsi illərlə işsizlikdən dolayı əzab çəkəcək.
Neynəməli? Byu vəziyyətdən çıxış yolu yoxdumu? Var, əlbəttə, var. Öncə bir çox müəllimdə insaf, sonra isə məmurda vicdan olmalıdı. Vəssalam. Alternativ yollar da var. Amma insaf və vicdan olan yerdə gerisi çözülməsi çox asan olan məsələdi.
Qarşıda hələ bir dəfə də imtahan vermək şansı var. Allah abituriyentlərə səbr və dözüm versin. Ali məktəb məzunlarına isə bir möcüzə göndərsin ki, onlar işzizlik deyilən mənfur nəsnənin girdabına düşməsinlər. Dünənki 700 balla sabahkı fərqlənmə diplomi və işzilik üst-üstə düşəndə onun fəsadları dərin kök atır.