Terrorçudan polisə şikayət etmişdilər...

İngiltərə mətbuatı Mançesterdəki terror aksiyasının qarşısı alına bilərdi iddiası ilə çıxış edib. Salman Abedin adlı şəxsin  terror aksiyası törətməsindən bir neçə ay əvvəl onu tanıyan Mançester sakinləri  bu şəxsin təhlükəli olduğu haqqında polisə çoxlu sayda şikayət ərizəsi ilə müraciət etdikləri məlum olub.

İngiltərə mətbuatı Mançesterdəki terror aksiyasının qarşısı alına bilərdi iddiası ilə çıxış edib. Salman Abedin adlı şəxsin  terror aksiyası törətməsindən bir neçə ay əvvəl onu tanıyan Mançester sakinləri  bu şəxsin təhlükəli olduğu haqqında polisə çoxlu sayda şikayət ərizəsi ilə müraciət etdikləri məlum olub. Abedinin tanışları və dostları onun terror təşkilatı üzvü olduğundan şübhələnərək Mançester polisinə məlumat veriblər. Terrorçunun terrorla bağlı təbliğatı məhəlləsində yaşıyan insanların diqqətini çəkib. Onlar bunla bağlı dəfələrlə polisə müraciət etdiklərini bildiriblər. Ancaq Mançester polisinin bütün bu şikayət və xəbərdarlıqlara məhəl qoymadığı iddia edilir. Bu xəbərlə bağlı İngiltərə polisi mətbuata heç bir açıqlama verməyib. 
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31