Yerevanda gizli Qarabağ müzakirəsi: Hərbi Polis İdarəsinin rəisi işdən qovuldu
Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib. Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.
25 May 2017 16:15 DünyaXəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib. Görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub. Bununla yanaşı, iclasın mövzusu əsasən münaqişənin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda qeydə alınan ölüm halları olub. "Joxovurd"un verdiyi məlumata görə, iclasdan sonra kadr dəyişikliyi həyata keçirilib. Məlumata görə, Hərbi Polis İdarəsinin rəisi Samvel Qukasyan işdən azad edilib. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi erməni əsgərlərin Qarabağda yerləşən su anbarında boğulması göstərilir. Digər bir məlumata görə, Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sarkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryan təyin edilib. Azvision.az