Ronaldunun işi ilə bağlı sənədlər prokurorluğa göndərildi

Bir sıra ulduz futbolçular kimi Kriştianu Ronaldu da vergidən yayınmaqda ittiham olunur. İspaniya Vergi komitəsi portuqaliyalı hücumçunun işi ilə bağlı sənədləri Madrid prokurorluğuna təqdim edib. Ronaldu 2011-14-cü illərdə imic hüquqlarından əldə etdiyi gəliri vergi orqanına tam açıqlamaqda şübhəli bilinir.

Vergi müfəttişlərinin iddiasına əsasən, onun 8 milyon avro vergini ödəmədiyi bildirilir. Ronaldunun cəzası ilə bağlı fikirlər isə fərqlənir. Bir qrup ona qarşı inzibati, digər qrup isə cinayət işi açılmasını düzgün hesab edir. Əgər Mardidin prokuroru iyunun 30-a kimi rəsmi ittiham irəli sürməsə, ulduz futbolçu məhkəmədən yaxa qurtara bilər.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31