Braziliyada 28 may - Respublika günü
Braziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirə, Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları iştirak ediblər. Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat verərək, qeyd etdi ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrildi.
25 May 2017 22:45 Xarici siyasətBraziliya Federativ Respublikasının paytaxtı, Brazilia şəhərində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi tərəfindən 28 may - "Respublika Günü"nə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən "Olaylar" - a bildirlib ki, tədbirə, Braziliya milli konqresinin üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, yerli KİV-rin nümayəndələri və iş adamları iştirak ediblər.
Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra, səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara Azərbaycan və 28 may - Respublika Günü barədə ətraflı məlumat verərək, qeyd etdi ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxamyaraq Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu çətinliklərin öhdəsindən gəlmiş və Prezident İlham Əliyevin ardıcıl və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat, infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider ölkəsinə çevrildi.
Həmçinin, Səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırdı.
Yekunda, Səfir Azərbaycan-Braziliya dövlətərarası əlaqələrinin dinamikası və inkişafı barədəqonaqlara məlumat verdi.
Daha sonra, Braziliya Milli Koqresinin Deputatlar palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri cənab Klaudio Kajado çıxış edərək bildirdi ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir.
Sonda qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olundular.
Tədbir zamanı Azərbaycan haqqında foto sərgi də təşkil edilərək və tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.