“Siqaret alma! Alma al!” aksiyası
Bakı şəhərində "Siqaret alma! Alma al!" aksiyası keçirilib. Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may - Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilmiş aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olunub.
25 May 2017 23:10 SosialBakı şəhərində "Siqaret alma! Alma al!" aksiyası keçirilib. Səhiyyə Nazirliyinin dəstəyi ilə 31 may - Ümumdünya Tütünsüz Günü ərəfəsində keçirilmiş aksiyanın məqsədi əhalinin diqqətini sağlam həyat tərzinə yönəltmək, onları zərərli vərdişlərdən uzaq olmağa dəvət etmək olunub.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə ASAN Könüllüləri Gənclər Təşkilatının birgə təşkil etdiyi aksiyanın ilk günü "28 May" metrostansiyası qarşısında keçirilib. Üzərində aksiyanın şüarı əks olunan köynək və günlük geyinmiş 50 könüllü və İSİM nümayəndələri siqaret çəkən şəxslərə yaxınlaşaraq, tütün və tütün tüstüsünün zərəri ilə bağlı onlara ətraflı məlumat verdilər. Sonra onlara əllərindəki siqareti atmaq və sağlam həyat tərzinin rəmzi sayılan alma götürmək təklif olundu. Aksiya zamanı 300-dən çox siqaret çəkənlə maarifləndirici söhbət aparıldı və onlar əllərindəki siqareti xüsusi tullantı qutusuna atıb, səbətdən sağlamlığın rəmzi olan yaşıl alma götürdülər.
İctimaiyyət tərəfindən maraqla izlənən aksiya paytaxtın müxtəlif ərazilərində də baş tutub.