Avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 sərnişin xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili ilə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən “Olaylar” verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:10-da başa çatıb.
26 May 2017 11:37 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili ilə "MAZ" markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar" verilən məlumata görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:10-da başa çatıb.