TUMİB gənclərə milli qəhrəmanları təbliğ edir

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Qəhrəmanlarımız bizim qan yaddaşımızdır” adlı layihənin icrasını davam etdirir.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Qəhrəmanlarımız bizim qan yaddaşımızdır" adlı layihənin icrasını davam etdirir. "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir Quba şəhərində baş tutub. TUMİB rəhbərliyi və Quba rayon İcra Hakimiyyətinin nümayəndələri tədbirdən əvvəl Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Quba şəhərində fəaliyyət göstərən Gənclər Evində baş tutan tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Tədbir iştirakçıları sonra dövlət himnimiz canlı canlı ifa ediblər. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə tədbir iştirakçılarını 28 may Respublika Günü münasibətilə təbrik edib. Daha sonra bildirib ki, rəhbərlik etdiyi təşkilat Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda və regionlarda gənclərin iştirakı ilə görüşlər keçirir. Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda yeniyetmə gənclərin fərdi potensialının üzə çıxması üçün hər cür şərait var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31