ABŞ-da müsəlmanlar məscidə görə məhkəməyə üz tutdular
ABŞ-ın Nyu-Cersi ştatında yaşayan bir qrup müsəlman dini ayrı-seçkilik iddiası ilə şəhər məhkəməsinə müraciət edib.ABŞ-ın Nyu-Cersi ştatının Bayonne şəhərində müsəlmanların istifadə olunmayan bir anbarı bərpa edərək məscid açma müraciəti qəbul olunmayıb.
26 May 2017 12:10 DünyaABŞ-ın Nyu-Cersi ştatında yaşayan bir qrup müsəlman dini ayrı-seçkilik iddiası ilə şəhər məhkəməsinə müraciət edib.ABŞ-ın Nyu-Cersi ştatının Bayonne şəhərində müsəlmanların istifadə olunmayan bir anbarı bərpa edərək məscid açma müraciəti qəbul olunmayıb.
Abadlıq İdarəsinin bu qərarı ayrı-seçkilik kimi qəbul edilib. Müsəlman qrup Bayonne şəhər məhkəməsinə şikayət ərizəsi yazıb. Bayonne Müsəlman İcmasının rəhbəri Əbdül Həmid Butt məsələ ilə bağlı rəsmi açıqlama verib. O bildirib ki, məscidin yaradılmasının qarşısını alan bir sıra qondarma maneələr irəli sürülsə də, layihə tamamilə rədd edilməyib. Publika.az