Keyfiyyətli pomidoru necə müəyyən etməli?
Pomidor yaz-yay fəsllərində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Çox təəssüf ki, hazırda ölkədə satışa çıxarılan pomidorların böyük əksəriyyətinin genetik motifikasiya məhsulu olduğu bildirilir. Məlumata görə, həmin pomidorların yararlıq müdətini artırmaq məqsədilə bu növ məhsulların istehsalında xəstəliklərə və zərərvericilərə qarşı immnutet yaradan bitki və ya heyvan genindən istifadə edilir. Belə halda istehlakçı pomidor alan zaman onun hansı keyfiyyət əlamətlərinə diqqət yetirməlidir?
26 May 2017 12:54 SosialPomidor yaz-yay fəsllərində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Çox təəssüf ki, hazırda ölkədə satışa çıxarılan pomidorların böyük əksəriyyətinin genetik motifikasiya məhsulu olduğu bildirilir. Məlumata görə, həmin pomidorların yararlıq müdətini artırmaq məqsədilə bu növ məhsulların istehsalında xəstəliklərə və zərərvericilərə qarşı immnutet yaradan bitki və ya heyvan genindən istifadə edilir. Belə halda istehlakçı pomidor alan zaman onun hansı keyfiyyət əlamətlərinə diqqət yetirməlidir?
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, pomidorun qida və müalicəvi xüsusiyyətləri müəyyənləşdikcə, bu bitkiyə maraq da ildən-ilə artmağa və XIX əsrin axırlarında ondan qida kimi istifadə edilməyə başlanılmışdır. Hazırda pomidordan qida kimi dünyanın əksər ölkələrində istifadə edilir. Pomidorun 600-ə qədər becərilən növü məlumdur. Bunlar biri-digərindən formasına, rənginə, üzərinin vəziyyətinə, böyüklüyünə, toxum kamerasının sayı və yerləşməsinə görə fərqlənirlər. Pomidorun geniş yayılmış üç - adi, Peru və tüklü növləri mövcutdur. Pomidor meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarı olur. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 q-dək və daha çox olur. Meyvəsi 80-140 günə yetişir. İsti sevən bitki olduğundan, əsasən orta isti və cənub rayonlarında becərilir. Pomidorun rəngi qırmızı, çəhrayı, yaxud sarının müxtəlif çalarında ola bilər. Yetişmə dərəcəsinə görə pomidor yaşıl, boz, çəhrayı və qırmızı rəngdə olur. Saxlanan və daşınan zaman da yetişə bilir. Ölçüsünə görə iri, orta iri və xırda növlərinə ayrılır. İrilərinin çəkisi 100 qr-dan çox, orta irilərinki 60-100 qr, xırdalarınkı isə 60 qr-a qədər olur.
Pomidor meyvəsinin müxtəlif və çoxsaylı araşdırmalarından sonra, onun faydalı maddələrlə zəngin olduğu məlum olmuş, meyvələri tibbi məqsədlər üçün istifadə olunmağa başlanmışdır. Belə ki, son illər alimlər pomidordan müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin müalicəsində istifadə etməyin mümkünlüyünü bildirirlər. Pomidor və onun suyundan eyni zamanda yüksək qan təzyiqinin, öd və böyrək daşlarının salınmasında, həzmin asanlaşdırılmasında, immunitet sisteminin inkişafında, qrip və soyuqdəymə kimi xəstəliklərin müalicəsində faydalı hesab olunur. Pomidorda saхlanma zamanı suyun buхarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər gedir. Bu səbəblərdən saхlanma müddətinə görə pomidor orta müddətə saхlanıla bilən tərəvəzlər qrupuna daxildir və onu 1 aydan 2-3 aya qədər saхlamaq olar. Pomidorun saxlama müddəti onun növündən, saxlama temperaturundan və şəraitindən xeyli dərəcədə asılıdır. Məsələn yetişmiş qırmızı pomidorlar optimal şəraitdə təxminən 30 gün müddətində saxlanıla bilər. Bu zaman onlar 0-2ºC temperaturda, 85-90% nisbi rütubətdə soyuducuda saxlanmalıdır: "Pomidorun keyfiyyətli qalması üçün onun saxlanma temperaturu xüsusi əhəmiyyət kəsb edir. Burada onun yetişmə səviyyəsi də mühüm rol oynayır. İstənilən rəngdə olan tam dəymiş pomidorları 1-2ºC, orta dəymişləri 4-6ºC, yaşıl dəymiş pomidorları isə 10-12ºC temperaturda saxlamaq məqsədəuyğundur. Pomidorun istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmanın əhəmiyyəti böyükdür. Bu məhsulu qablaşdırmaq üçün yeşiklərdən, səbətlərdən, konteynerlərdən və s. istifadə olunur. Qablaşdırma zamanı yeşiyin içi bükücü kağızla örtülür və oraya birqat qablaşdırma materialı döşənir. Daşınma zamanı isə məhsulun üstü mütləq örtülməlidir. Taralarda daşınma və saxlanma pomidorun istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılmasına imkan verir. Pomidor keyfiyyətini itirməmək üçün ticarət şəbəkələrinə əsasən üstübağlı maşınlarda daşınmalı və qısa müddətdə istehlak yerinə çatdırılmalıdır".
Xidmətdən bildirilib ki, istehlakçı pomidorun keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşünü nəzərdən keçirilməli, məhsulun qablaşdırılması, daşınması, saxlanılması və s. mərhələlərində müvafiq standartların və normativ-texniki sənədlərin tələblərinə əməl olunması yoxlanılmalıdır: "Кeyfiyyətcə pomidor meyvəsi təzə, təmiz, bütöv, sağlam, zərərvericilərlə zədələnməmiş olmalıdır. Mağazalarda qablaşdırılmış şəkildə satılan pomidorlar içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyiyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur. Eyni zamanda onu da nəzərə alın ki, son illər ticarət şəbəkəsində geni dəyişdirilmiş pomidorlara da rast gəlinə bilər.Ölkədə bu kimi məhsullara qarşı ciddi mübarizə aparılmasına baxmayaraq istehsalçılar daha davamlı və uzun müddət saxlanıla bilən pomidor növlərinin yetişdirilməsində və realizə olunmasında israrlı görünürlər. Ona görə də pomidor alarkən istehlakçılar daha da diqqətli olmalı və onun yuxarıda qeyd olunan ənənəvi əlamətlərinə fikir verməlidirlər. Əks halda qabığı həddən artıq möhkəm olan və uzun müddət xarab olmayan pomidorların geni dəyişdirilmiş olma ehtimalı yüksəkdir və bu sizin sağlamlığınıza ciddi təhlekə yarada bilər. Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş bu kimi məhsullara rast gəldikdə sığortalanmaq üçün mənşəyi məlum olmayan pomidor almaqdan çəkinin. Pomidor alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə, saxlanma müddətində əmələ gələ bilən firioloji xəstəliklərin əlamətlərinə və s. kimi məsələlərə diqqət edin".
Zəka