“Yaşa Azərbaycan” festivalı

 Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş “Yaşa Azərbaycan” adlı festival baş tutub. Festival çərçivəsində “ASAN Könüllüləri” Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Xidmətdən “Olaylar” – a bildirlib ki, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Bilik Fondu, "Eko Park” Ekoloji Tədqiqatlar Mərkəzi, “ASAN Könüllüləri” təşkilatı, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Füzuli rayonunun Horadiz şəhərində 28 may - Respublika gününün 99-cu illiyinə həsr olunmuş "Yaşa Azərbaycan" adlı festival baş tutub. Festival çərçivəsində "ASAN Könüllüləri" Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıya növbəti dəfə səfər ediblər. Asan xidmətdən "Olaylar" - a bildirlib ki, Füzuli Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Bilik Fondu, "Eko Park" Ekoloji Tədqiqatlar Mərkəzi, "ASAN Könüllüləri" təşkilatı, Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsi və ASAN Radionun birgə təşkilatçılığı ilə baş tutan səfərdə iştirakçılar Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə yaxından tanış olublar.

Daha sonra iştirakçılar ilkin olaraq ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanan əsgərlərlə görüşüb, onlara göstərdikləri şücaətə görə təşəkkür bildiriblər. Həmçinin "Əsgərə Məktub!" layihəsi vasitəsilə vətəndaşların, eləcə də "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəblilərin yazdıqları dəstək məktubları əsgərlərə təqdim olunub.

"Yaşıl ASAN" təşəbbüsü "Eko Park" Ekoloji Tədqiqatlar Mərkəzi ilə birgə "Qarabağa Doğru" ekoloji layihə çərçivəsində məktəblilərə təlim və ağacəkmə aksiyası keçirilib. ASAN könüllülərinin ifasında rejissor Anar Sadıqovun "Vətən daşları" tamaşası səhnələşdirilib. "Mədəniyyət Carçısı" və "Məktəblinin dostu"layihəsi ilə birgə hazırlanan Mirzə Cəlilin "Poçt Qutusu" tamaşası izləyicilərə təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31