GMO məhsulları dünya bazarını cənginə alıb

Ölkəyə genetik motifikasiya olunmuş (geni dəyişdirilmiş) məhsulların gətirilməsinə qadağa qoyulub. Bununla əlaqədar olaraq Milli Məclisi tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyiliklik edilib.

Bu növ məhsul istehsalı dünyanın iri şirkəıtlərinin nəzarəti altındadır

Ölkəyə genetik motifikasiya olunmuş (geni dəyişdirilmiş) məhsulların gətirilməsinə qadağa qoyulub. Bununla əlaqədar olaraq Milli Məclisi tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyiliklik edilib. Yeni qaydalarda ölkəyə geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadəsi  qadağan olunub. Dəyişikliyə əsasən elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə, satma əməllərini törədənlər 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmçinin bi növ yeyinti məhsullarını istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 il azadlıqdan məhrum etmə cəzası təyin olunacaq. Yeri gəlmişkən qeyd edək ki, hazırda 37 dövlət GMO-lu məhsulları məhdudlaşdıran qanun qəbul edib. Lakin bütün sadalananlara baxmayaraq  ölkəmizə GMO məhsullarının idxalı davam etdirilməkdədir. Son günlər isə respublikanın ticarət bazarlarını GMO pomidorlar bürüyüb.  Bəs, reallıqda necə , ölkəmizdə GMO məhsullarının istehsalını və idxalını azaltmaq mümkündürmü?

MM-in aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov hesab edir ki, dünyada gentik motifikasiya olunmuş məhsul istehsalının qarşısını almaq qeyri-mümkündür. Çünki, məhsulların geninin dəyişdirilməsi səbəbindən məhsuldarlıq çox olur və həm də onlar uzun müddət qalır: "Bu növ məhsul istehsalı ilə Amerika alimləri daha çox məşğul olurlar. Düşünürlər ki,  bu lazımdır, çünki Afrikada milyonlarla insan acından ölür və GMO məhsullar onların tələbatını ödəyir. Lakin GMO məhsullar Azərbaycana lazım deyil. Nəzərə almaq lazımdır ki, kodu dəyişdirilən məhsulların genefondumuza  təsiri ola bilər". Millət vəkili hesab edir ki, insanların belə məhsullardan uzaq durması üçün ciddi maarifləndirmə işi aparılmalıdır: "İnsanlar dərk etməlidir ki, bütün məhsullar eyni ölçüdə və eyni formada ola bilməz. Heç insanlar eyni deyil, biri uzun, bir qısadır. Belə məhsullar xüsusi qaydada hazırlanır və məhsuldarlıq dəfələrlə artıq olur. Lakin onların keyfiyyətindən danışmağa dəyməz. İnsanlar sağlam yaşamaq istəyirlərsə, belə məhsullardan uzaq durub yerli məhsullara üstünlük verməlidirlər".

Məlumat üçün qeyd edək ki, mütəxəssislərin birmənalı fikri ondan ibarətdir ki, bazarlarda GMO məhsullara tam nəzarət etmək, onları bazardan çıxarmaq qeyri-mümkündür. Çünki, hazırda dünyada gündəlik tələbat mallarından olan ət, süd, yumurta istehsalında, əsasən, genetik modifikasiya olunmuş məhsullardan istifadə olunur. Əks halda bu növ məhsullarda məhsuldarlıq kəskin şəkildə aşağı düşə bilər. O da nəzərə alınmalıdır ki,  Azərbaycan yerli istehsal hesabına 60 faiz qida təlabatını ödəyir. Digər ölkələrdə isə bu göstərici xeyli dərəcədə aşağıdır. Məhz dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə GMO məhsullarının istehsalına rəvac verilir. Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrində, xüsusən  Yaponiya, İsrail, ABŞ, Kanada, Braziliya kimi dövlətlərdə genetik modifikasiya yolu ilə məhsul istehsalı həyata keçirilir. Onlar bu növ məhsulun istehsalında kimyəvi maddələrin istifadə etmədiklərini bəyan edirlər. Fikirlərini onunla əsaslandırılar ki, ənənəvi qaydadan istifadə etməklə məhsul istehsalı  müəyyən problemlər yaradır. Məsələn,  ənənəvi qaydada əkilən xiyar və pomidorların tərkibində nitrat çoxdur. Torpağa hər il gübrə verildiyinə görə, torpaqda zərərli təsirləri artır. Bitkinin tərkibində nitrat artır ki, bu da insan orqanizmi üçün zərərlidir. Lakin GMO məhsulların istehsalında xəstəliklərə və zərərvericilərə qarşı immnutet yaradan bitki və ya heyvan genindən istifadə edilir. Xatırladaq ki, biznes maraqları GMO məhsulların istehsal həcminin artırılması və inkişaf etməkdə olan ölkələrə  idxalını təmin edir. Elə bu səbədən də hazırda belə məhsullar dünyada geniş yayılıb. Ona görə ki, bu növ məhsul istehsalı dünyaya meydan oxuyan iri şirkəıtlərin nəzarəti altındadır. Elə bu səbədən də bəzi ölkələrdə GMO məhsulları daha baha qiymətə təklif edilir. Məsələn, ən böyük GMO məhsulu istehsalçısı olan ABŞ-ın özündə bu növ məhsullar ənənəvi mallardan baha satılır. Əslində bu insanları ənənəvi məhsullara yönəldəcək bir addım hesab olunur. İstər-istəməz texnologiyanın ən yüksək inkişaf etdiyi hazırki vaxtda istehlak etyimiz hər şeyi təəssüf ki, süni şəkildə əldə edirik. Nə əvvəlki kənd təsərrüfatı, nə də ərzaq məhsulları öz dadını saxlayıb. Hazırda bazar və dükanlarda fərqli meyvə-tərəvəzlərə rast gəlmək mümkündür.  Görünüşü olduqca gözəl və nəfisdir, nə bir qurdu və nə çapıq yeri var, lakin nə dadı, nə də ətri var. Təəsüüf ki, insanlarımız fərqinə varmadan xarici görünüşü cəlbedici olan mallara üstünlük verirlər. Amma həqiqətdə bunun nə olduğunu bilmədən. Bax, həmin məhsullar daha çox GMO adı ilə tanınır. Yəni bu məhsullar geni modifikasiya olunmuş (dəyişdirilmiş) məhsullardır. Geni modifikasiya olunmuş qida məhsulları isə insan orqanizmi üçün təhlükəlidir. Belə məhsullardan istifadə o dərəcədə təhlükəlidir ki, hətta onun istehsalı və yayılması əraq terrorizmi adlandırılır. Belə ki, GMİ məhsulları istehsalı ilə məşğul olan alimlərin özləri köçürülmüş genin başqa genlərlə hansı formada qarşılıqlı münasibətdə olması və köçürülmüş genin yaratmış olduğu bioloji aktiv maddələrin yalnız arzu edilən deyil, digər əlamətlərə nə dərəcədə təsir göstərə bilməsindən əmin deyillər. Belə halda seçim qalır insanların özlərinə ki, yaraşıqlı məhsul seçib ömrünü qısaltmaqdansa, əzik, torpalı yerli məhsul seçmək lazımdır ki, sağlam yaşaya bilsin. Ekspertlərin qənaətinə görə, Azərbaycan kənd təsərrüfatı ölkəsi kimi çox zəngindir. Belə halda genetik motofokasiya olunmuş malların ölkəyə gətirilməsi genefonda ciddi  ziyan vura bilər.  Ona görə də belə halların qarşısı qanunvericiliklə alınmalıdır. Hansı ki, ölkə qanunvericiliyi ilə Azərbaycanda geni dəyişdirilmiş bitkilərin idxalı, ticarəti, istifadə edilərək yeyinti məhsullarının dövriyyəsinə qoşulması qəti qadağan olunur. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31