ATƏT PA-nın xüsusi toplantısında  milli azlıqlar məsələsi  müzakirə ediləcək

Mayın 29-30-da  Avstriyanın Karintaya muxtar vilayətinin  Villach şəhərində ATƏT Parlament Assambeleyası üzvlərinin “Milli azlıqlar siyasətinə yeni baxış” mövzusunda xüsusi toplantısı keçiriləcək. “Olaylar” xəbər verir ki, toplantıda ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması,  bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq. Toplantıda ATƏT PA-nın prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcək.  Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər  1920-ci  ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına qərar veriblər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.

Mayın 29-30-da  Avstriyanın Karintaya muxtar vilayətinin  Villach şəhərində ATƏT Parlament Assambeleyası üzvlərinin "Milli azlıqlar siyasətinə yeni baxış" mövzusunda xüsusi toplantısı keçiriləcək. "Olaylar" xəbər verir ki, toplantıda ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması,  bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq. Toplantıda ATƏT PA-nın prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcək.  Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər  1920-ci  ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına qərar veriblər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.

Toplantıda Milli Məclisin ATƏT-in PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31