Türk Akademiyası və Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq

Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, ölkə prezidenti Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi” adlı proqram məqaləsinə həsr olunmuş forumun açılışında respublikanın Dövlət katibi Gulşara Abdıkalikova, BMT, UNESCO, İSESCO, Türksoy və digər beynəlxalq təşkilatların rəhbərləri, ABŞ, Almaniya, Çin, Rusiya, Hindistan və s. ölkələrdən 200-ə yaxın alim və ekspertlər iştirak etmişlər. Tədbirdə Nursultan Nazarbayevin adından təbrik məktubu oxunub.

Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. Mərkəzdən "Olaylar" - a bildirlib ki, ölkə prezidenti Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi" adlı proqram məqaləsinə həsr olunmuş forumun açılışında respublikanın Dövlət katibi Gulşara Abdıkalikova, BMT, UNESCO, İSESCO, Türksoy və digər beynəlxalq təşkilatların rəhbərləri, ABŞ, Almaniya, Çin, Rusiya, Hindistan və s. ölkələrdən 200-ə yaxın alim və ekspertlər iştirak etmişlər. Tədbirdə Nursultan Nazarbayevin adından təbrik məktubu oxunub.

Forum zamanı "Türkdilli ölkələrin mədəniyyət siyasətinin prioritetləri" mövzusunda çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, sözügedən əməkdaşlıq eyni zamanda ölkəmizdə kulturologiya elminə qarşı olan ictimai marağın artmasına xidmət edəcək. Böyük imkanlara və beynəlxalq çıxışlara malik olan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlıq mövcud istiqamətdə tədqiqatlar aparan azərbaycanlı alimlər üçün də müxtəlif imkanlar yaradacaqdır.

Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi də təşkil olunub. Memorandum Akademiyanın Prezidenti Darxan Xıdıralı və Mərkəzin direktoru Asif Usubəliyev tərəfindən imzalanıb.

Azərbaycan milli mədəniyyətinin təbliğinə xidmət edəcək əməkdaşlıq memorandumu çərçivəsində müxtəlif səpgili birgə tədbirlərin təşkili ilə yanaşı tərəflərin qarşılıqlı informasiya dəstəyinin göstərilməsi də nəzərdə tutulur. Belə ki, milli mədəniyyət nümunələrinin mənimsənilmə cəhdləri müəyyən olunduqda tərəflər bir birini məlumatlandırmaqla yanaşı beynəlxalq tədbirlər çərçivəsində müvafiq birgə bəyannamələrin verilməsi öhdəliyini də öz üzərinə götürübrlər. Forum çərçivəsində dövlət və ictimai xadim Mırzatay Joldasbekov və akademik Mirfatıx Zakiyev TWESCO tərəfindən qızıl medalla təltif olunublar. Bundan əlavə kitab sərgisi də təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31