Belarusda Azərbaycan Ticarət Evi açılacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına   səfərə gedəcəklər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Minsk şəhərində açılan ticarət evi “Made in Azərbaycan” brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur. Səfər mayın 28-də başa çatacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına   səfərə gedəcəklər. Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Minsk şəhərində açılan ticarət evi "Made in Azərbaycan" brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur. Səfər mayın 28-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31