Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı

Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31