Binəqədidə Respublika Günü qeyd edilib

Binəqədi rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib.

Binəqədi rayon İcra Hakimiyyəti ,Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə çıxış edən hakim partiyanın Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib. Daha sonra çıxış edən RİH başçısının müavini Aygün Əliyeva nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayıb, 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn ulu Öndər və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs etmiş və tədbir iştirakçılarını qarşıdan gələn "28 May- Respublika Günü" münasibəti ilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təbrik edib. Rəsmi hissə bitdikdən sonra 177, 158 saylı körpələr evi-uşaq bağçalarının, M.Maqomayev adına 26 № - li onbirillik Uşaq Musiqi Məktəbi və Bakı Humanitar Kollecin rəqs ansamblının hazırladığı kompozisiya nümunələri nümayiş olunub. Tədbir Azərbaycanın üçrəngli bayraqlarını səhnədə dalğalandırılması ilə yekunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31