Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı
Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib. Dövlət başçısları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə, Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam etdirilməsi haqqında razılaşıblar.
27 May 2017 18:04 DünyaRusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.
Dövlət başçısları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə, Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam etdirilməsi haqqında razılaşıblar.
Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.