Muzeydə "İstiqlalın beşiyi" sənədli filminin nümayiş olundu
Tarixi Muzeyinin “Tarixə səyahət” kinoklubunda növbəti filmin nümayişi keçirilib. Muzeydən “Olaylar” – a bildirlib ki, kinoklubda 28 may - müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş iki hissəsli “Mücadilə” filminin birinci hissəsi nümayiş etdirilib. Filmin nümayişində “Mücadilə” filminin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d., professor Elmira Muradəliyeva, AR Milli Arxiv idarəsinin nümayəndələri, Yaradıcı Qadınlar Assosiasiyasının üzvləri, Muzeyin “Gənc Muzeyşünaslar və Muzeysevərlər” klubunun üzvləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Xəzər Universitetinin tələbələri, 39 nömrəli tam orta məktəbin şagirdləri və KİV nümayəndələri iştirak ediblər.
27 May 2017 17:30 MədəniyyətTarixi Muzeyinin "Tarixə səyahət" kinoklubunda növbəti filmin nümayişi keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, kinoklubda 28 may - müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş iki hissəsli "Mücadilə" filminin birinci hissəsi nümayiş etdirilib.
Filmin nümayişində "Mücadilə" filminin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d., professor Elmira Muradəliyeva, AR Milli Arxiv idarəsinin nümayəndələri, Yaradıcı Qadınlar Assosiasiyasının üzvləri, Muzeyin "Gənc Muzeyşünaslar və Muzeysevərlər" klubunun üzvləri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Xəzər Universitetinin tələbələri, 39 nömrəli tam orta məktəbin şagirdləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov Muzeyin kinoklubunda nümayiş etdirilən filmlərin tariximizin müxtəlif dövrərinə həsr olunduğunu və əsas məqsədin Azərbaycan tarixi irsinin öyrənilməsinə istiqamətləndiyini qeyd etdi.
Daha sonra söz Tarix üzrə elmlər doktoru, professor Elmira Muradəliyevaya verildi. Kinorejissor, kinodramaturq, yazıçı-publisist, müstəqil araşdırmacı Nazim Rza İsrafiloğlu filmin bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunduğunu və iki - "İstiqlalın beşiyi" və "Yüksələn bayraq" adlı hissələrdən ibarət olduğunu qeyd etmişdir. Kinorejissor izləyicilərə filmin Bakı, Gəncə, Batumi, Tiflis və İstanbulda aparılmış çəkilişləri haqqında ətraflı məlumat verdi.
Daha sonra "İstiqlalın beşiyi" sənədli filmi nümayiş olundu.