Konservatoriyasının rəsmi internet səhifəsi təqdim edildi

Azərbaycan Milli Konservatoriyasının müasir tələblərə cavab verən və geniş texniki imkanlara sahib www.conservatory.az rəsmi internet səhifəsi istifadəyə verilib. AMK-nın mətbuat xidmətindən  bildirilib ki, şöbənin müdiri Şəlalə Rzayeva səhifənin funksiyaları barədə ətraflı məlumat verib. Təqdimatda AMK-nın professor-müəllim heyəti və rektor Siyavuş Kərimi iştirak edib. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən səhifə funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.

Azərbaycan Milli Konservatoriyasının müasir tələblərə cavab verən və geniş texniki imkanlara sahib www.conservatory.az rəsmi internet səhifəsi istifadəyə verilib.

AMK-nın mətbuat xidmətindən  bildirilib ki, şöbənin müdiri Şəlalə Rzayeva səhifənin funksiyaları barədə ətraflı məlumat verib. Təqdimatda AMK-nın professor-müəllim heyəti və rektor Siyavuş Kərimi iştirak edib.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən səhifə funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.

Səhifədə AMK-nın nizamnaməsinə uyğun olaraq struktur, tədris, beynəlxalq əlaqələr, kitabxana və s. istiqamətləri üzrə zəruri məlumatlar verilməklə müvafiq bölmələr yaradılıb.

Səhifə vasitəsilə istifadəçilər tədrisdəki yeniliklər və şərtlərlə bağlı məlumatlarla dolğun şəkildə tanış ola bilərlər.

Azərtac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31