Muzeydə “Hədəf: Bahar” mənzərəsi

Mayın 30 - da Milli İncəsənət Muzeyində "Hədəf: Bahar" mənzərə fotosərgisi  nümayiş olunacaq. Sərgi Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunub. Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər. Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir. 

Mayın 30 - da Milli İncəsənət Muzeyində "Hədəf: Bahar" mənzərə fotosərgisi  nümayiş olunacaq. Sərgi Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunub. Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər.
Sərginin məqsədi Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirməkdir. Həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etməkdir. 
Bahar ilin elə bir zamanıdır ki, hətta boz səhralar çiçəklənir, təbiət pardaq və əlvan güllü xalçaya bürünür.
Sərgidə fotoqraflar Rüstəm Hüseynov, İlknur Kəngərli, Emil Qazi və Denis Sveçnikovun fotoşəkilləri nümayiş olunacaq. Məhz bu layihə üçün fotorəssamlar Azərbaycan baharının ən gözəl anlarını "ovlamaq" məqsədilə regionlarda bir neçə ay keçirmişlər.

Qeyd edək ki, sərginin kuratoru Rüstəm Hüseynovdur.  Sərgi iyunun 2-dək davam edəcək. 
Giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31