Ermənistan ordusunda ÇAXNAŞMA

Ermənistanda ordusunun çoxsaylı itkilər verməsi nəticəsində bir sıra generallar və yüksəkrütbəli zabitlər tutduqları vəzifədən azad edilib.
Mayın 7-də Ermənistan ordusunun üç əsgəri - Ruben Barqseqyan, Rafael Bişaryan və Ruben Mnasakyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən su anbarında boğulublar. Bununla yanaşı, son dövrlər qeyri-döyüş şəraitində baş verən ölüm halları artıb. Həmçinin, qeyri-peşəkar döyüş şəraitində də itkilər verilib.

Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, Qarabağda yerləşdirilən bir sıra hərbi hissə komandiri və onların müavinləri vəzifələrindən azad edilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31