Cocuq Mərcanlıdac 1168 ədəd qəlpə aşkarlandı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb. ANAMA-dan  məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan  məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 45 753 kv.m (4.58 ha) ərazi təmizlənib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31