Çində restoranda partlayış: 12 yaralı
28 May 2017 18:32 DünyaÇində, Cjenzyan əyalətinin Hançjou şəhərində restoranlardan birində partlayış baş verib.
Partlayış nəticəsində 9-u restoranın işçisi olmaqla 12 nəfər yaralanıb.
Məlumata əsasən, partlayış qaz balonunda sızma olması nəticəsində baş verib. Hadisə yerində partlayışın nəticələrinin aradan qaldırılması və onun təkrarlanmasının qarşısının alınması üçün xüsusi xidmətin əməkdaşları işləyir. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31