Gənclərə milli-mənəvi dəyərlər təbliğ edilir

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir” adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, Siyəzən rayonunda Gənclər Mərkəzində keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev layihə haqqında qısa məlumat verdikdən sonra bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur: “Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir" adlı növbəti tədbirini Siyəzən rayonunda keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, Siyəzən rayonunda Gənclər Mərkəzində keçirilən tədbirdə ADİİM sədri Cavid Şahverdiyev layihə haqqında qısa məlumat verdikdən sonra bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur: "Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb".

"Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışov bildirib ki, belə tədbirlər gənc nəslin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin qüvvə və bacarıqlarının dövlətçiliyin möhkəmləndirilməsi və inkişafına istiqamətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə Siyəzən rayon Gənclər və İdman idarəsinin rəsmiləri, müəllimlər və valideynlər də iştirak ediblər. Sonda tədbir iştirakçılarına ADİİM-in layihə ilə bağlı çap etdirdiyi bukletlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31