Totti qərar verdi: "Karyeramı bitirmirəm"
"Roma" ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib. 41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir. Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: "Fanatlara yazdığım məktubda bir punkt çatışmır.
30 May 2017 12:09 İdman"Roma" ilə vidalaşan Françesko Tottinin karyerasını davam etdirib-etdirməyəcəyinə aydınlıq gəlib. 41 yaşlı futbolçu butslarını mismardan asmağa tələsmir. Belə ki, Totti ailəsi və dostlarının əhatəsində açıqlama verərək, növbəti mövsümdə də futbol oynayacağını istisna etməyib: "Fanatlara yazdığım məktubda bir punkt çatışmır. Karyeram hələ başa çatmayıb. Gələn mövsümdə oynamağa davam edəcəm, amma hansı klubda olacağımı hələ bilmirəm".
Qeyd edək ki, 1992-2017-ci illər ərzində "Roma"nın formasını geyinmiş Totti "canavarlar"ın heyətində 786 oyunda 307 qola imza atıb. O, 1998-2006-cı illərdə şərəfini qoruduğu İtaliya yığmasında isə 58 matçda 9 dəfə fərqlənib. Apasport.az