Formula 1-ə 57 ölkədən bilet alınıb
Formula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib.
30 May 2017 12:07 İdmanFormula 1 Azərbaycan Qran Prisinə 57 ölkədən bilet alınıb. Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim deyib. O bildirib ki, ötən illə müqayisədə bilet alan ölkələrin sayı daha çoxdur və bu çox sevindiricidir: "Ötən illə müqayisədə biletlər daha sürətlə satılıb. Bəzi tribunalara biletlər tam satılıb, bəzi tribunalara isə çox az sayda biletlər qalıb. Bu il yarışın daha əyləncəli keçəcəyinə ümid edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31