Gündəm
Azərbaycan iki ölkə ilə imzaladığı sənədləri təsdiq etdi
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan ilə iki ölkə arasında sənədlər müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi məsələləri daxil edilib. Hər iki sənəd səsə qoyularaq təsdiq edilib.
Kredit götürüb İPhone işlədirlər
“Bankdan istehlak krediti götürüb ferma yaratmaq əvəzinə, övladlarına toy edib, cehiz alırlar. İmkanı olan da, olmayan da İPhone işlədir. Amma bu məqsədlə kredit alanda, onu necə qaytaracağını düşünmürlər. Sonda da faizlər yığılıb problem yarananda, bankları günahlandırırlar”.
Nazir: “2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”
“Hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. O cümlədən, yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”.
Şükufə Yusupova ad gününü Musiqili Teatrda qeyd etdi
Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şükufə xanım Yusupovanın doğum günü Musiqi Teatrda qeyd olunub. Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Şükufə xanım Yusupova doğum gününü uzun illərdir ki, əməkdaşlıq etdiyi Musiqili Teatrın səhnəsində qeyd edib. Sevilən aktrisa ötən gün Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
“Dövlətin nəyinə lazımdır ki, Şahdağ Turizm Kompleksini saxlasın”
“Hökumətin təqdim etdiyi hesabatla tanış oldum. Təəssüflər olsun ki, ümumdaxili məhsul 2015-ci illə müqayisədə 2016-cı ildə 3,4 faiz azalıb”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
Tikinti və inşaat sektorunda geriləmə müşahidə olunur
“Ötən il sənayedə 0,3 faiz artım hiss olunsa da, tikinti və inşaat sektorunda ciddi geriləmə müşahidə olunur”. “Olaylar” xəbər verir ki, bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vahid Əhmədov deyib.
Parlament 2016-cı ilin büdcəsinin icrasını təsdiq etdi
Milli Məclisin bu gün keçirilən iclasında “2016-cı ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.“Olaylar” xəbər verir ki, layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
“Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir”
Mayın 31-də Bakıda XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışı olub. Bakı Sərgi Mərkəzində təşkil edilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada neft və qazı hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır.
Müsavatın “Avropa Koordinasiya Mərkəzi” dağılır
Qurum üzvləri bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər. Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi daxilində ziddiyyətlər pik həddə çatıb. Qurum daxilindəki qruplaşmalar arasında vəzifə uğrunda mübarizə, təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir ayrılığı nəticəsində münasibətlər qarşıdurma səviyyəsinə qalxıb.
Həmsədr dövlətlərin status-kvonu saxlamaq cəhdləri
Son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlar, açıqlamalar bir daha sübut edir ki, bu qurumu Dağlıq Qarabağ probleminin həllindən daha çox cəbhədə atəşkəsin pozulması hallarını aradan qaldırmaq, eyni zamanda mövcud status-kvonu saxlamaqla Ermənistanın maraqlarına uyğun addımlar atmaq düşündürür. Elə bu günlərdə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə verdiyi eksklüziv müsahibədən də bu mövqe aydın şəkildə özünü göstərir. İqor Popovun müsahibəsindən gəlinən qənaət ondan ibarətdir ki, Minsk qrupu qarşısına Qarabağ məsələsinin beynəlxalq hüquqa uyğun həllini qoymayır.
Züleyxa Nadir yazır... Yaxşılıqların sultanı olaq
Hər il Ramazan ayı gələndə dünya müsəlmanları 30 gün oruc tuturlar. Oruc nədi? Bu sualın cavabını Azərbaycanda ibadət edən hər kəs bilir. Niyə Allah onu vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq gündüzlər ac qalıb axşamlar isə bir günün yeməyini bir dəfəyə yeməkdi. Və guya bununla da Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. Allah deyir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (Bəqərə surəsi, ayə 183). Əlavə şərhə gərək yoxdu. Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutmu var. Sadəcə bunu oxuyub dərk etmək lazımdı.
İşləyən valideynlər üçün hansı imtiyazlar nəzərdə tutulur?
Azərbaycan qanunvericiliyinə görə hər iki valideyin övladları qarşısında eyni məsuliyyət daşıyır, eyni vəzifələrə sahibdirlər. Bununla yanaşı əmək qanunvericiliyi uşağa baxmaqdan ötrü valideyinlər üçün xüsusi imtiyazlar müəyyən edir ki, həmin imtiyazların bir çoxunda qadınlar daha şanslıdır.
İnzibati məsuliyyətə cəlb edilmiş şəxsin hansı hüquqları var?
İnzibati qaydada müəyyən müddətə həbs olunan şəxslərə ailə üzvləri ilə görüş verilməməsi narahatlıq doğuran məsələlərdən biridir. Son vaxtlar belə hallara tez-tez rast gəlinir. Vəkil Fariz Namazlı qeyd edib ki, ortada Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun olmasını baxmayaraq nədənsə buna əməl olunmur: “Baxmayaraq ki, Azərbaycan Avropa Konvensiyasını ratifkasiya eləməklə Avropa Məhkəməsinin presedent hüququnun məcburiliyinin tanınmasını üzərinə götürüb, ancaq reallıqda inzibati həbs olunanlarla görüşdə problemlər yaşanır. İnzibati həbs olunanların ailələri ilə görüş verilməməsi praktikada geniş yayılıb. Şəxslər inzibati həbsə məruz qaldılarsa, müvəqqəti saxlama məntəqələrinin rəisləri onlara ailələri, yaxınları ilə görüş verməkdən imtina edir.
Varisliyə sədaqət nümunəsi
Görkəmli xadim, pedaqoqika üzrə fəlsəfə doktoru,əməkdar incəsənət xadimi, “Qızıl qələm” mükafatı laureatı, professor Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımovun musiqi təhsil sisteminin inkişafı və idarə edilməsində, milli musiqi kadrlarının hazırlanmasında xidmətləri əvəzolunmazdır. Onun çapdan çıxmış elmi metodiki vəsaitləri, monoqrafiyaları gənc nəslin estetik tərbiyəsinin, milli musiqi ənənələrinin inkişafında mühüm rol oynayır.
“Müqəssir”in təqdimatı olacaq
Yazıçı Rövşən Yerfinin “Müqəssir” adlı yeni romanı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görüb. İyun ayının 3-də Gənc Tamaşaçılar Teatrında kitabın təqdimat mərasimi keçiriləcək. Tədbir 16:00-da başlayacaq, 18:00-a qədər davam edəcək. Bütün ədəbiyyatsevərlər tədbirə dəvətlidir.













