Gündəm

Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar sərtləşdirildi

31 May 2017 15:19

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilib. “Olaylar”ın məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında Cinayət Məcəlləsinə dəyişiklik müzakirə edilib. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Odessada İstanbul parkı

31 May 2017 15:18

Ukraynanın Odessa şəhərində İstanbul Bələdiyyəsinin inşa etdiyi  İstanbul parkının açılışı olub. Minlərlə insanın iştirak etdiyi  təntənəli açılışda  Ukrayna Prezidenti Pyotr Poroşenko,  İstanbul Bələdiyyə başcısı Kadır Topbaş,  millət vəkilləri elm və sənət dünyasının nümayəndələri iştirak ediblər. Açılışdan sonra Mehtər Takımı  möhtəşəm konsert proqramı ilə çıxış edib.

Məktəblilər arasında “Olympic Moves” proqramı

31 May 2017 15:18

Ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir. “Olaylar” – a xəbər verir ki, proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə dəstəyi ilə baş tutur. Proqramda məktəblilər 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda iştirak edirlər. Yarışlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonunu əhatə edir.

Musiqili Teatrda Uşaqların Beynəlxalq Müdafiəsi Günü

31 May 2017 15:17

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Musiqili Teatrda qeyd olunacaq. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, 67 ildir ki, bütün dünyada qeyd olunan 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Musiqili Teatrda konsert proqramı təşkil olunacaq. UNESCO-nun Assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə lisey şagirdlərinin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.

Rusiya səmasında Türk hərbi təyyarəsi

31 May 2017 15:15

Türkiyəyə məxsus Hərbi Hava Qüvvələrinin CN-235 tipi hərbi təyyarəsi Rusiya səmalarında təftiş uçuşu aparacaq. Xəbər ilə bağlı açıqlamanı Rusiya Nüvə Təhlükəsizliyi Mərkəzinin rəhəbri Sergey Rıjkov verib.Türkiyəyə məxsus  təyyarədə Türkiyə və Norveç hərbiçiləri monitoring aparacaq. Rus hərbiçilərinin də Türkiyə hərbi təyyarəsinin müfəttişlərinin müşayət edəcəyi bildilir.

Bilik Fondu bölgə abituriyentləri üçün videokonfrans keçirdi

31 May 2017 15:15

Bilik Fondunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində abituriyentlərin psixoloji hazırlığını gücləndirmək məqsədilə videokonfrans keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş videokonfransda Bakı, Zaqatala, Qəbələ, Gəncə, Göyçay, Sumqayıt və Şirvan məktəbliləri, müəllim və valideynlər iştirak ediblər.

Türk gəmisi  466 nəfəri xilas etdi

31 May 2017 15:14

Tunis istiqamətində hərkət edən Türkiyəyə məxsus  “Rosselina”yük gəmisi Liviya sahilləri yaxınlığında fırtına zamanı təhlükəli anlar yaşayıb. Belə ki,  gəmidə batmaq üzrə olan 466 nəfər afrikalı qaçqın xilas edilib. Türk dənizçilər qaçqınları gəmidə yerləşdirərək,  onları qida ilə təmin ediblər. Daha sonra qaçqınlar İtaliya Sahil Mühafizə  Qüvvələrinə təhvil veriliblər.

Azərbaycan məktəblisi Ukraynada qızıl medal qazanıb

31 May 2017 15:12

Bakı məktəblisi Ukraynada kikboksinq idman növü üzrə gənclər arasında keçirilən beynəlxalq yarışda birincilik qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Cəlal Əliyev turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb. Cəlal Əliyev qızıl medal və I dərəcəli diplomla təltif olunub.

Keçən il 58 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib

31 May 2017 15:11

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir.

Müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur

31 May 2017 15:10

2017-ci ilin 01 aprel tarixinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin 17 293 nəfər, I və II qrup Çernobıl AES əlillərinin ümumilikdə 635 nəfər uşağı, müddətli hərbi xidmət qulluqçularının 192 nəfər uşağı aylıq sosial müavinətlə təmin olunur.

Səfərbərlik üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edildi

31 May 2017 15:09

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət qulluğu kateqoriyasına daxil edilib. “Olaylar”ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanunun 2-ci (Dövlət qulluğu) maddəsinə təklif edilən əlavə Milli Məclisin bu gün keçirilən iclasında səsverməyə çıxarılıb.Əlavəyə əsasən, maddədə dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adı salınır. Layihə səsə qoyularaq qəbul edilib.

Müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb

31 May 2017 15:07

Mayın 31-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Erhan Uzun ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanın NATO ilə əməkdaşlığı, ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə, təhlükəsizlik məsələləri, regionda baş verən hərbi-siyasi proseslər və digər mövzular ilə bağlı müzakirələr aparılıb. Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi təlimi ilə əlaqədar ölkəmizdə səfərdə olan E.Uzun Azərbaycan Silahlı Qüvvələrinin NATO və tərəfdaş dövlətlərlə uzlaşma səylərini, həmçinin beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına ölkəmizin verdiyi töhfəni yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb.

Etik davranışı pozan bələdiyyələr cəzalanacaq

31 May 2017 15:06

Milli Məclisinin yaz sessiyasının sonuncu iclasında "Bələdiyyələrin etik davranış qaydaları haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, qanun layihəsi 3 fəsil, 27 maddədən ibarətdir. Bu qanun bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini, və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Xaricdə təhsil alanlara şad xəbər: işə müsabiqəsiz qəbul ediləcəklər

31 May 2017 15:06

Milli Məclis Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edib. “Olaylar” xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni maddə əlavə edilib. Əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır.

Deputat: “Vətəndaşlar kredit götürəndə imza atdıqları sənədi oxusunlar”

31 May 2017 15:05

“2017-ci ilin mart ayında biz 2016-cı ilin dövlət büdcəsinin hesabatını qiymətləndirmişik və hazırda da büdcənin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik. Bu, bir daha dövlətin şəffaf işləməsinə nümunədir. Bu baxımdan düşünürəm ki, bundan sonra hansısa məsələnin geniş şəkildə müzakirəsinə ehtiyac yoxdur”.