Keçən il 58 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir.

Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq sosial müavinət ödənilməklə yanaşı, onların tibbi-sosial reabilitasiya imkanları getdikcə artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ailə üzvlərinin iştirakı ilə əsaslı təmir və yenidənqurmadan sonra açılışı olan Uşaq Bərpa Mərkəzi, burada ən yüksək standartlara uyğun səviyyədə yaradılan reabilitasiya şəraiti qeyd olunan uşaqların sağlamlıqlarının bərpasına xüsusi diqqət və qayğının nümunəsidir. Cari ilin yanvar-aprel aylarında Mərkəzdə 1000 nəfərdən çox şəxsə stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib, həmçinin hazırda 320 nəfərdən çox uşağın yaşadığı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili də diqqətdə dayanan məsələlərdən biridir. Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ildə 70 nəfər əlilliyi olan şəxslə bərabər, 58 nəfər sağlamlıq imkanları məhdud uşağın da (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib. Nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində də sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü işlər görülür. Təkcə ötən il bu sifarişlər üzrə 37 layihə icra olunub ki, həmin layihələr 2046 nəfər ehtiyacı olan uşağı əhatə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31