Gündəm

"Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik edilib

31 May 2017 15:47

Həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. “Olaylar” xəbər verir ki, Milli Məclisinin plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. Hazırda qüvvədə olan qanuna əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Milli Məclis cərimələrin miqdarını  artırdı

31 May 2017 15:46

Cinayət Məcəlləsinin 124 maddəsinə dəyişiklik olunub. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, bildirib ki, Cinayət Məcəlləsinin 124 maddəsi üzrə dəyişiklik təklif edilir. Layihədə cərimələrin, o cümlədən bəzi maddələr üzrə həbs müddətinin artırılması nəzərdə tutulur. Layihə səsverməyə qoyularaq qəbul edilib.

Habil Əliyev Muğam Mərkəzində anıldı

31 May 2017 15:45

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,məşhur kamança ustası,xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx numayiş olundu. Mərkəzdən “Olaylar” – a bildirilib ki, ilk olaraq səhnəyə gecənin aparıcısı Azərbaycanın Əməkdar İncəsənət xadimi,sənətşunaslıq doktoru,professor İlham Rəhimli çıxaraq sənətkarın ömür yolundan,Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb.

"Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edildi

31 May 2017 15:43

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalanıb.

İlham Əliyev MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib

31 May 2017 15:42

Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasının bir qrup iştirakçısını qəbul edib. 

Mətbuat Şurası və Veysəloğlu şirkəti müsabiqə elan etdi

31 May 2017 15:40

Azərbaycan Mətbuat Şurası “Veysəloğlu” Şirkətlər Qrupu ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda  kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir.

Çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilir

31 May 2017 15:39

Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə 2017-ci ilin may ayında Xaçmaz, Şabran, Şamaxı və Ağsu rayonlarında təbliğat xarakterli mədəni-kütləvi tədbirlər keçirilib.

Xızının içməli su təchizatı və kanalizasiya layihəsi üzrə işlərin böyük hissəsi yerinə yetirilib

31 May 2017 15:35

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir. Geniş turizm potensialına malik Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada həyata keçirilir.

Gözəl Bayramlının siyasi inkasatorluğu - Gürcüstan izi ilə... ANALİZ+FAKTLAR

31 May 2017 15:32

Azərbayan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri müavini, xüsusilə partiyanın sədri Əli Kərmlinin “inkasatoru” rolunu oynayan Gözəl Bayramlının məlum məsələlərə görə həbsinin ardınca, onun evində aparılan yoxlamalardan sonra üzə çıxan müxtəlif valyutalarla bağlı bank çekləri bir daha belə deməyə əsas verir ki, son illər qonşu Gürcüstanda fəaliyyət göstərən bir sıra anti-Azərbaycan dairələri öz fəaliyyətlərini maraqları çərçivəsində həll etməkdən ötrü məhz radikal xarakterli müxalifət partiyaları ilə təmaslar qurublar.

Millət vəkili: “15 iyunu xalqımız üçün müqəddəs bir gün hesab edirəm” 

31 May 2017 15:30

“15-iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki, 15 iyunda müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyin bünövrəsi qoyulan gündür”. Bunu  millət vəkili Azər Badamov deyib.

Kabildəki partlayışı İŞİD törədib

31 May 2017 15:26

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. Partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var. Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami, Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.  

Azərbaycana gətirilən qarğıdalı və buğdada TƏHLÜKƏLİ xəstəliklər aşkarlandı

31 May 2017 15:25

"Rusiyadan Azərbaycana gətirilən böyük miqdarda qarğıdalı və buğdada Yovşan yarpaqlı ambroziya (Ambrosia artemisiifolia Linnaeus) və Üçdilimli ambroziya (Ambrosia trifida Linnaeus) aşkarlanıb".

12 milyon dolları mənimsəməkdə təqsirləndirilən iş adamı ittihamları rədd etdi

31 May 2017 15:22

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamıCeyhun Canıyevin işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Türkiyə səfirliyi də partlayışın qurbanı oldu

31 May 2017 15:21

Səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalar yerləşən bölgəsində güclü partlayış baş verib. Partlayış nəticəsində Almaniya, Fransa, Misir, Çexiya səfirlikləri ilə yanaşı, Türkiyə səfirliyinin binasına da ziyan dəyməsi barədə məlumat verilib. Türkiyə səfirliyinin əməkdaşları arasında həlak olan və xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Ötən ilin dövlət bürcəsi kəsrlə icra olunub

31 May 2017 15:20

Mayın 31-də keçirilən Milli Məclisin yaz sessiyasının son iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilib. MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Z.Səmədzadə bildirib ki, neftin ucuzlaşmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Onun sözlərinə görə, neftdən daxilolmaların azalmasına baxmayaraq dövlət büdcəsində müdafiə olunan xərclər üzrə artım müşahidə edilib: "2016-cı ilin dövlət büdcəsi üzrə müdafiə olunan ümumi xərclərin 35,5%-ni təşkil edib". Ötən il əsaslı xərclərin xüsusi çəkisinin artdığını deyən Z.Səmədzadə bildirib ki, bu, müvəqqəti xarakter daşıyır.