Gündəm
Çimərlik mövsümü ilə əlaqədar 9 marşrut xətti dəyişib
Əli Laricani yenidən İran parlamentinin sədri seçilib
Əli Laricani yenidən İran parlamentinin spikeri seçilib. İranın 10-cu çağırış parlamentinin bu gün keçirilən iclasında qanunvericilər Əli Laricanini yenidən spiker seçiblər. Səkkizinci və doqquzuncu çağırışda da İran məclisinə sədrlik edən Əli Laricani 268 mümkün səsdən 204 deputatın səsini qazanıb.
Tündlüyü 5 faizdən çox olan spirtli içkilərin reklamı məhdudlaşdırılır
Milli Məclisin iclasında “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni 15-1 (şərabçılıq məhsullarının reklamı) maddəsinin əlavə edilməsi müzakirə olunub.
Bakıda dəhşətli qəza: Ölən və yaralılar var - VİDEO
Bakının mərkəzində zəncirvari qəza baş verib. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, "Lexus" markalı avtomobil idarəetməni itirərək başqa bir avtomobilə çırpılıb. Qəza zamanı zərbənin təsirindən 2 başqa avtomobil də qəzaya düşüb. İlkin məlumata görə, "Lexus" sürücüsünün çırpıldığı avtomobilin xanım sürücüsü ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisə zamanı ölən və yaralananın olduğu deyilir.
Sabah bulvarda bunlar pulsuz olacaq
Sabah 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişsiz olacaq.
Prezident İlham Əliyev: "Azərbaycan regionda enerji təhlükəsizliyinin təminatçısına çevrilib"
Azərbaycan Prezidenti İlham Əliyev XXIV Beynəlxalq "Xəzər Neft və Qaz" sərgi və konfransının iştirakçılarına müraciət edib.
Bakıda küçədən çılpaq tapılan 5 yaşlı qız QİÇS xəstəsidir?
Azərbaycan Uşaqlar Birliyi bir neçə gün əvvəl küçədən çılpaq və zorakılıq əlamətləri ilə tapılan 5 yaşlı Yağmurda (ad şərtidir) QİÇS xəstəliyinin aşkarlanmasına aydınlıq gətirib. Birliyin sədr müavini Vasif Akifli bildirib ki, 5 yaşlı Yağmurda QİÇS xəstəliyinin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir: "Yağmur hazırda bizim sığınacaqdadır. Onunla bağlı məhkəmə tibbi ekspertizaları keçirilib. Yağmurda heç bir xəstəlik aşkarlanmayıb. Uşaq sağlamdır." Vasif Akifli qeyd edib ki, uşaq anası tərəfindən hansısa cinsi zorakılığa sövq olunması ehtimal oluna bilər: "Biz yalnız onun fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizadan keçirmişik."
Dünyada qadağan olunan oyuncaqlar Bakını necə fəth edir? - Uşaqlara real təhlükə
Xüsusən azyaşlı uşaqların marağına səbəb olan bu oyuncaqdan istifadə ABŞ-ın bəzi ştatlarında və İngiltərədə qadağan edilib. Buna səbəb isə "spinner"lərin xüsusilə məktəblilərin diqqətini dağıtması göstərilib. Mütəxəssislər valideynləri də diqqətli olmağa çağırıb və uşaqların evdə də anti-stress çarxından uzaq qalmasına nəzarət edilməli olduğunu bildiriblər.
Saakaşvili ədliyyə nazirinə dedi: “Sən nazir yox, əclafsan!”
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ədliyyə naziri Pavel Petrenko ilə mübahisəsinə dair videokadrlar internetdə yayılıb.
Camal Kamal Yazıçılar Birliyində
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycandakı Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Özbəkistan ədəbiyyatının nümayəndələri Azərbaycanda yaradıcılıq səfərindədilər. Səfər çərçivəsində qonaqlar mayın 31 – də Azərbaycan Yazıçılar Birliyində Özbəkistanın Xalq Şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirildi.
Baş Prokurorluğun nümayəndə heyəti Niderland Krallığında səfərdə olub
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən 25-dək Haaqada Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirdə iştirak edib.
Daxili orqanında narkotik vasitə keçirmək istədi
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Çimərliklərlə bağlı yeni tələblər müəyyən edilib
Milli Məclis çimərliklərlə bağlı yeni tələblər nəzərdə tutan dəyişiklik layihəsini müzakirə edib. “Olaylar” xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin yaz sessiyası başa çatdı
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib. İclasda 37 qanun layihəsi müzakirə edilib. Bununla da Milli Məclisinin yaz sessiyası başa çatıb. Spiker Oqtay Əsədov deyib ki, MM-in növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur. Sonra spiker sessiyanı bağlı elan edib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Birinci vitse-spiker deputata xəbərdarlıq edib
"Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib. Belə ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.














