Birinci vitse-spiker deputata xəbərdarlıq edib
"Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib. Belə ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.
31 May 2017 15:47 Sosial"Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır". "Olaylar" xəbər verir ki, Milli Məclisin (MM) mayın 31-də keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib. Belə ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: "Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər".
MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna etiraz edib. O deyib ki, bu cür yanaşma doğru deyil: "Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır".