Gündəm

Amerika-Azərbaycan münasibətlərində yeni dönəm başlanır

31 May 2017 17:17

Yeni Ağ Ev administrasiyası formalaşandan sonra müşahidə edilən müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, Vaşinqton əvvəlki rəhbərlikdən fərqli olaraq bir sıra ölkələrlə mövcud olan problemləri, sərin münasibətləri aradan qaldırmağa üstünlük verməkdədir.

"Beşiktaş" Günəşlə müqaviləni uzatdı

31 May 2017 17:11

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Şenol Günəşlə müqavilə müddətini uzadıb. İstanbul klubu növbəti mövsümə də hazırkı baş məşqçi ilə davam edəcək.

Prezident İlham Əliyev "Cəbrayıl" və "Qubadlı" gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

31 May 2017 17:10

Mayın 31-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının "Cəbrayıl" və "Qubadlı" yeni təchizat gəmilərinin istismara verilməsi mərasimi keçirilib.

Məşhur qapıçı "Qızıl top" mükafatını qazandı

31 May 2017 17:09

"Arsenal"ın çərçivə qoruyucusu Petr Çex vətəni Çexiyada "Qızıl top" mükafatına layiq görülüb. Təcrübəli qolkiper karyerasında 11-ci dəfə bu mükafata sahib çıxıb. Çexiyada "Qızıl top" ölkənin ən yaxşı futbolçusuna təqdim olunur.

248 saylı məktəb  “Olympic Moves”un final mərhələsinə vəsiqə qazandı

31 May 2017 16:50

Universitetə qəbul olmaq, seçdiyi peşə üzrə ixtisaslaşmaq və cəmiyyət üçün faydalı fərd kimi yetişmək bütün məktəblilərin arzusudur. Ancaq bu arzunu reallaşdırmaq üçün savadla yanaşı, fiziki sağlamlıq da tələb olunur. Yalnız fiziki cəhətdən sağlam və gümrah şagirdlər dərslərinə köklənib, uğurlu nəticə əldə bilərlər. Elə buna görə də, artıq iki ildir ki, ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir.

Belçika Krallığında Respublika Günü

31 May 2017 16:46

diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Mayın 30 – da Brüsselin nüfuzlu BOZAR İncəsənət Sarayında Respublika Günü və Azərbaycan və Belçika arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunmuş konsert ve rəsmi qəbul keçirilib. Tədbir Azerbaycan Respublikasinin Belçika Krallığındakı Səfirliyi tərəfindən Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunub. Səfirlikdən “Olaylar” – a bildirlib ki, Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində ilk öncə çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 99 illiyini qeyd etdiyimiz Azərbaycan Demokratik Respublikasının milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb. Səfir daha sonra Belçika və Azərbaycan əlaqələrinin 25 illiyinin vacib hadisə olduğunu qeyd edib, Belçikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən olduğunu xatırladıb.

Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı

31 May 2017 16:44

ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib. Bu barədə informasiya ABŞ KİV-lərində yer alıb. Məlumatda qeyd olunur ki, sazişdən çıxışın detalları bir qrup məmur tərəfindən hazırlanır.

Vergi orqanında işləmək fərqli məsuliyyət, səriştə və əzmkarlıq tələb edir

31 May 2017 16:42

Dünyada insan resurslarının idarə edilməsi sahəsində tendensiyaların sürətlə dəyişdiyini nəzərə alaraq, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi üzrə fəaliyyətini bu tendensiyalara uyğun olaraq durmadan təkmilləşdirməyə çalışır. Müsahibimiz nazirliyin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazovdur.

Gənclər üçün Təhsil Mərkəzi   “İslam Həmrəyliyinin Azərbaycan Modeli” adlı kampaniyaya yekun vurdu

31 May 2017 16:41

Gənclər üçün Təhsil Mərkəzi  “İslam Həmrəyliyi İli” çərçivəsində Quba  rayonunda “İslam Həmrəyliyinin Azərbaycan Modeli” adlı kampaniyanın növbəti görüşünü həyata keçirib. Konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional ofisinin rəhbəri İnqilab Fərzəliyev qeyd edib ki, kampaniyanın əsas məqsədi müsəlman ölkələrini birləşdirən , mötəbər qurumların üzvü  seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş , bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edən dövlətimizin  2017-cı il Azərbaycanda “İslam Həmrəyliyi İli”nə dəstək xarakteri daşıyır.

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Ramiz Əzizbəylinin görüşündə

31 May 2017 16:38

“Beynəlxalq Əlillər Cəmiyyəti”nin (BƏC) sədri Tahir Xudiyev, BƏC-in  Mətbuat Xidmətinin rəhbəri, şair Rauf İlyasoğlu, BƏC-in üzvü, 2-ci qrup əlil Ənvər Məmmədxanlı Azərbaycanın tanınmış  kino rejissoru və aktyoru, Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəylini ziyarət etdilər. Xalqın sevimlisi olan Ramiz Əzizbəyli uzun müddədir ki, yataq xəstəsidir. Sevimli aktyorumuz QHT əməkdaşlarını sevinclə qarşılamış, bu ziyarətdən çox məmnun olduğunu bildirmişdir.

"Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

31 May 2017 16:28

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə reallaşdırılan “Uşaq hüquqları aylığı” çərçivəsində İsmayılı Rayon İcra Hakimiyyətinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, Rayon Polis şöbəsi ilə birlikdə keçirdiyi silsilə tədbirlər davam edir. “OLAYLAR”-ın xəbərinə görə, aylıq çərçivəsində növbəti maarifləndirmə tədbiri Qubaxəlilli kənd tam orta məktəbində keçirildi.

“Veysəloğlu” şirkəti Mətbuat Şurası ilə birgə yazı müsabiqəsi keçirir

31 May 2017 16:26

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir. Şirkətdən “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqənin istiqamətləndirici mövzuları yerli istehsal və ixracatın stimullaşdırılması, pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər, yerli şirkətlər və korporativ sosial məsuliyyət, Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər, yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində roludur. Müsabiqədə I yer (1 nəfər) – 1000 manat; II yer (2 nəfər) - 500 manat, III yer (3 nəfər) - 300 manat, həmçinin 100 manat məbləğində 10 həvəsləndirici mükafat nəzərdə tutulub.

Araz Əzimov Əfqanıstana səfər edib

31 May 2017 16:25

Xarici işlər nazirinin müavini Araz Əzimov 30-31 may 2017-ci il tarixlərində Əfqanıstan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Prezidenti Əşrəf Qani tərəfindən qəbul edilib. XİN-dən “Olaylar”a verilən məlumata görə, Araz Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və dəvət məktubunu Əfqanıstan Prezidentinə çatdırdı.

Azərbaycan demokratik prinsiplərə sadiqdir

31 May 2017 16:24

Azərbaycan söz və mətbuat azadlığı, fikir plüralizmi ən yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri, bəlkə də birincisidir. Bu gün mübaliğəsiz şəkildə birmənalı olaraq demək olar ki,  ölkədə insanlar öz düşüncələrini sərbəst şəkildə ifadə edə, onları narahat edən problemləri asanlıqla ictimailəşdirə bilirlər.  Bunun üçün hər bir vasitə, imkan da mövcuddur. Belə ki, Azərbaycanda hakimiyyətə alternativ olan siyasi qüvvələrin öz mətbu orqanları var ki, həmin mətbu orqanlarda da hakimiyyətin həyata keçirdiyi siyasət haqsız da olsa tənqid edilir. Azərbaycanda söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunduğu üçün müxalifyönümlü mətbuatın fəaliyyətinə heç bir maneə  yaradılmır. Çünki söz və mətbuat azadlığı, plüralizm cəmiyyətin ayrılmaz hissəsi hesab edilir.

İngiltərənin tarixi “erməni məsələsi” planları: mənbələr və tarixi qaynaqlar

31 May 2017 16:21

“Erməni məsələsi” əsasən XIX əsrin ikinci yarısından başlayaraq o dövrün bir sıra böyük dövlətləri tərəfindən süni şəkildə qabardılmış və yüz əlli ildən artıqdır ki, regionun, xüsusilə də Qafqazın “qara yarası”na çevrilmişdir. Tarixi araşdırmalar göstərir ki, bu plan bəzi dövlətlərin geosiyasi maraqlarına xidmət edən siyasət olaraq meydana gəlmişdir. Bu baxımdan problemin tədqiq edilməsi, onun əsl mahiyyətinin ortaya qoyulması xüsusilə “erməni məsələsi”ndən əziyyət çəkən Azərbaycan, Türkiyə və digər region ölkələri üçün zəruridir.