Gündəm

Yunusların məhəkəməyə gətirilməsi ləngiyir - SƏBƏB?

31 May 2017 18:07

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində çıxarılmış hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, məhkəmə Leyla Yunus və Arif Yunusun məcburi gətirilməsi üçün polisə müraciət göndərib. Lakin polis bununla bağlı məhkəməyə rəsmi cavab göndərməyib. Bu məqsədlə də növbəti proses iyulun 5-nə təyin olunub.

"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general

31 May 2017 18:00

Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib.

Cahangir Hacıyevin apellyasiya şikayəti ilə bağlı qərar sabah elan olunacaq

31 May 2017 17:55

Prosesdə Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sınaq imtahanının nəticələri açıqlanıb

31 May 2017 17:54

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 27-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. Mərkəzdən verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 24584 abituriyentdən 880 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 5 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Nazir: "ABŞ-ın "Cənub Qaz Dəhlizi" ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir"

31 May 2017 17:52

Energetika naziri Natiq ƏliyevXXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanı qəbul edib.

Növbəti əfv sərəncamı gözlənilir

31 May 2017 17:47

"15 İyun Qurtuluş günü  və ya 18 Oktyabr Dövlət Müstəqilliyi günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir". Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.

Sürüşmələr aktivləşib, bir neçə yerdə uçqun və sürüşmə sahələri əmələ gəlib

31 May 2017 17:38

Respublika ərazisində mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Kijəbə sürüşmə sahəsinin dinamikasında, Deqədi – Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Avtomobilin yanacaq çənindən çıxanlar görənləri təəccübləndirdi

31 May 2017 17:36

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

"Trampın məktubları rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər"

31 May 2017 17:31

"Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika günü və Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar məktublar göndərməsi çox böyük siyasi əhəmiyyətə malikdir".

3 türk hərbçisi şəhid oldu

31 May 2017 17:29

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı əməliyyat aparılır. Əməliyyat zamanı hərbçilərlə terrorçular arasında atışma olub. Nəticədə 3 hərbçi ölüb, 2-si yaralanıb. 3 PKK-çının zərərsizləşdirildiyi bildirilir.

Qarabağda erməni əsgəri yaralandı

31 May 2017 17:28

Dünən günorta saatlarında işğal altında olan Qarabağda erməni əsgər Alik Smbat Avanesyan yaralanıb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan bildirib. 

Samir Şərifovdan etiraf: “2016-cı il ağır il oldu”

31 May 2017 17:26

Milli Məclisin bugünkü plenar iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib. “Olaylar” xəbər verir ki, millət vəkilləri “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər. Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ən ağır il olan 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub: “İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib”. Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

Radikal düşərgənin Gürcüstan marşrutu

31 May 2017 17:25

Radikal müxalifət, xüsusilə də bu düşərgəni təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yenə gündəmdə qalmaq cəhdləri axtaırışındadır. Ənənəvi olaraq partiyadakı kimlərdənsə bu məqsədlə yararlanan Əli Kərimliyə bu dəfə Gözəl Bayramlı “əl tutub”. Belə ki, AXCP təmsilçisi olan Gözəl Bayramlının Gürcüstandan qayıdarkən gömrükçülərin onun üzərindən bəyannamədən kənar halda 12 min dollar aşkar etməsindən Əli Kərimnli əməlli şou yaratmağa müvəffəq olub. Belə ki, hadisə qeydə alınan dəqiqələrdə AXCP sədri Əli Kərimli sosial şəbəkədə status yazaraq, Gözəl Bayramlının Gürcüstanda qayıdarkən çantasına "nələrinsə atılıb” saxlanıldığını bildirib. AXCP sədri iddia edib ki, Gözəl Bayramlı Gürcüstanda müalicədən qayıdırmış Ancaq daha sonrakı açıqlamasında tam fərqli bir mənzərə üzə çıxıb.

Özbək şairi Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub

31 May 2017 17:25

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayevanın rəhbərlik Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyilə Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim Camal Kamalın rəhbərliyi ilə tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva ümummilli liderin Azərbaycan - Özbəkistan əlaqələrinin inkişafında böyük xidmətləri barədə məlumat verib. 

"Trampın Azərbaycan haqqında fikirləri bir sıra dövlətlərə mesajdır"

31 May 2017 17:19

ABŞ Prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ardıcıl 2 təbrik məktubu ünvanlaması və bu məktublarda Azərbaycanla münasibətlərə önəm verilməsi xüsusi diqqət çəkir. Məktublarda D.Trampın həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini qeyd etməsi, Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı adlandırması, Azərbaycanla münasibətlərin inkişafını, eləcə də iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəməsi, Cənub Qaz Dəhlizini dəstəkləməsi, Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verməsi və Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəklədiyini bildirməsi və s. isti mesajların verilməsi diqqətdən yayınmır.