"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general

Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib.

Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib. Ter-Qriqoryants hesab edir ki, Madrid prinsipləri ləğv olunmalıdır.  Erməni general müsahibəsində açıq-aşkar Azərbaycan torpaqlarının qaytarılmasına qarşı olduğunu bəyan edib. 

"Onlar Madrid prinsipləri ətrafında danışıqlar aparır. Əraziləri qaytarmaq nə deməkdir? Nə qaytarmaq, kim qaytarır? Bu, Rusiya Federasiyasının Azərbaycana ötürdüyü erməni ərazisidir. Həmin müqavilənin ləğv edilməsi üçün Rusiya ilə danışıqlar aparılmalıdır"- erməni general təxribatçı çıxışında deyib. Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31