Avtomobilin yanacaq çənindən çıxanlar görənləri təəccübləndirdi

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C230" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin yanacaq çəninin içində xüsusi düzəldilən saxlanc yerindən 15 ədəd "Samsung J1 Prime" markalı mobil telefonlar, mobil telefonlar üçün nəzərdə tutulan 13 ədəd qidalandırıcı başlıq, 25 ədəd qulaqcıq, 42 ədəd qutu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31