Radikal düşərgənin Gürcüstan marşrutu
Radikal müxalifət, xüsusilə də bu düşərgəni təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yenə gündəmdə qalmaq cəhdləri axtaırışındadır. Ənənəvi olaraq partiyadakı kimlərdənsə bu məqsədlə yararlanan Əli Kərimliyə bu dəfə Gözəl Bayramlı “əl tutub”. Belə ki, AXCP təmsilçisi olan Gözəl Bayramlının Gürcüstandan qayıdarkən gömrükçülərin onun üzərindən bəyannamədən kənar halda 12 min dollar aşkar etməsindən Əli Kərimnli əməlli şou yaratmağa müvəffəq olub. Belə ki, hadisə qeydə alınan dəqiqələrdə AXCP sədri Əli Kərimli sosial şəbəkədə status yazaraq, Gözəl Bayramlının Gürcüstanda qayıdarkən çantasına "nələrinsə atılıb” saxlanıldığını bildirib. AXCP sədri iddia edib ki, Gözəl Bayramlı Gürcüstanda müalicədən qayıdırmış Ancaq daha sonrakı açıqlamasında tam fərqli bir mənzərə üzə çıxıb.
31 May 2017 17:25 SiyasətVə ya cəbhəçilərin yeni gəlir mənbəyi
Radikal müxalifət, xüsusilə də bu düşərgəni təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun sədri Əli Kərimli yenə gündəmdə qalmaq cəhdləri axtaırışındadır. Ənənəvi olaraq partiyadakı kimlərdənsə bu məqsədlə yararlanan Əli Kərimliyə bu dəfə Gözəl Bayramlı "əl tutub". Belə ki, AXCP təmsilçisi olan Gözəl Bayramlının Gürcüstandan qayıdarkən gömrükçülərin onun üzərindən bəyannamədən kənar halda 12 min dollar aşkar etməsindən Əli Kərimnli əməlli şou yaratmağa müvəffəq olub. Belə ki, hadisə qeydə alınan dəqiqələrdə AXCP sədri Əli Kərimli sosial şəbəkədə status yazaraq, Gözəl Bayramlının Gürcüstanda qayıdarkən çantasına "nələrinsə atılıb" saxlanıldığını bildirib. AXCP sədri iddia edib ki, Gözəl Bayramlı Gürcüstanda müalicədən qayıdırmış Ancaq daha sonrakı açıqlamasında tam fərqli bir mənzərə üzə çıxıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Gözəl Bayramlının çantasına "saxta dollar" qoyulduğu barədə ittihamlar əsassızdır. Onun sözlərinə görə, Gözəl Bayramlının çantasından tapılan 12 min ABŞ dolları miqdarında vəsait saxta-filan deyil, gömrük qaydalarına zidd olaraq bəyan edilməmiş puldur: "Beləliklə, əvvəlki açıqlama təkzib edildi və yeni ziddiyyətli açıqlamalar verildi". Niyaməddin Orduxanlının sözlərinə görə, ziddiyyətli açıqlamalar o qədər qabarıqdır ki, bunu adi məntiqlə də təsdiqləmək olar: "Etiraf edirlər ki, Gözəl Bayramlının çantasında ölkəyə qanunsuz yolla gətirilməsinə cəhd edilən 12 min dollar vəsait olub. Əli Kərimli də daxil olmaqla, bir çox müxaliflər Gözəl Bayramlının Gürcüstanda müalicəyə getdiyini deyirlər. Əgər Gözəl Bayramlı Gürcüstana müalicəyə gedirdisə, məntiqlə, Azərbaycandan gedəndə onun üstündə külli miqdarda pul olmalı idi. Necə olur ki, Gürcüstana müalicəyə gedən adamın üstündə pul olmur, amma qayıdanda külli miqdarda dollar tapılır? Yoxsa, Gürcüstan xəstəxanalarında xəstəni müalicə edəndən sonra cibinə 12 min dollar da pul qoyurlar?!" BAXCP rəsmisi Orduxanlı əslində məsələnin mahiyyətində tam fərqli bir amilin dayandığını bildirir: "Rəsmi və təkzib edilməyən açıqlamada vurğulanır ki, Gözəl Bayramlı 24 may tarixində Gürcüstana gedib və gedərkən üstündə bəyan edilən vəsait olmayıb. 25 may tarixində, saat 21 radələrində ölkəyə qayıdarkən isə özünü şübhəli apardığından, çantasında bəyan edilməmiş və ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 12 min dollar vəsait aşkarlanıb. Gürcüstanda yaşayan Əfqan Muxtarlı Feysbuk statusunda yazır: "Gözəl Bayramlı Tiflisdə bir sıra dostlarla görüşüb. Eyni zamanda bu günlərdə həbs edilən Fərman Ceyranlının ailəsinə baş çəkərək vicdan borcunu yerinə yetirib. Daha sonra Dasqın Ağalarlı ilə görüşüblər". Gözəl Bayramlı bir gün ərzində "bir sıra dostlarla görüşür", o cümlədən Fərman Ceyranlının ailəsinə baş çəkir, həmçinin D.Ağalarlı ilə həmsöhbət olur və s. İndi isə sual yaranır: Gözəl Bayramlı müalicə və müayinəyə getmişdi, səhhətindəki ciddi problemləri həll edirdi, yoxsa bu qədər görüşlər keçirirdi? Bunların hamısını bir günə necə sığdırıb?"
Niyaməddin Orduxanlının sözlərinə görə, Gözəl Bayramlı tam ayrı niyyətlə Gürcüstanda səfərdə olub: "Artıq bir necə ildir ki, Azərbaycana çirkli pullar Gürcüstan vasitəsi ilə gətirilir. Bunu çox adam yaxşı bilir. Azərbaycan bank sisteminə olunan nəzarət və QHT-lər haqqında dəyişiklikdən sonra radikal müxalifət xaricdən vəsaiti Gürcüstan vasitəsi ilə əldə edirlər. Bununla bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar yayılıb. Gürcüstandan istənilən xarici vətəndaş bir gün ərzində QHT təsis edə bilər və bunu rəsmi qeydiyyatdan da keçirmək çox asandır. Gözəl Bayramlı da Gürcüstana Əli Kərimlinin pulunu gətirməyə gedibmiş. Birdən-birə böyük vəsait gətirmək olmur. Hissə-hissə bu vəsaitləri Azərbaycana gətirirlər". BAXCP rəsmisi istintaq orqanlarının araşdıracağı təqdirdə Əli Kərimli və ya onu yaxın şəxslərin Gürcüstanda QHT-lərinin olduğunu və onların hesabına xaricdən külli miqdarda vəsait keçirilməsinin üzə çıxacağını da iddia edib:
"Gözəl Bayramlının səhhət məsələsi və bu səbəbdən Gürcüstana tez-tez getməsi sadəcə bəzi şəxslərin çarəsizcəsinə uğursuz arqumentidir. Düşünülmüş şəkildə bu informasiyanı bir müddət əvvəl ortaya atıblar ki, onun tez-tez Gürcüstana getməsi və ordan pul gətirməsini ört-basdır etsinlər. Əgər doğrudan da Gözəl Bayramlının səhhətində ciddi, ölkəmizdə müalicəsi mümkün olmayan ağır problem varsa, onda həmin xəstəlik sənədlərini mətbuata çoxdan elan edərdilər".
Məhəmməd