248 saylı məktəb “Olympic Moves”un final mərhələsinə vəsiqə qazandı
Universitetə qəbul olmaq, seçdiyi peşə üzrə ixtisaslaşmaq və cəmiyyət üçün faydalı fərd kimi yetişmək bütün məktəblilərin arzusudur. Ancaq bu arzunu reallaşdırmaq üçün savadla yanaşı, fiziki sağlamlıq da tələb olunur. Yalnız fiziki cəhətdən sağlam və gümrah şagirdlər dərslərinə köklənib, uğurlu nəticə əldə bilərlər. Elə buna görə də, artıq iki ildir ki, ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə “Olympic Moves” proqramı həyata keçirilir.
31 May 2017 16:50 İdmanUniversitetə qəbul olmaq, seçdiyi peşə üzrə ixtisaslaşmaq və cəmiyyət üçün faydalı fərd kimi yetişmək bütün məktəblilərin arzusudur. Ancaq bu arzunu reallaşdırmaq üçün savadla yanaşı, fiziki sağlamlıq da tələb olunur. Yalnız fiziki cəhətdən sağlam və gümrah şagirdlər dərslərinə köklənib, uğurlu nəticə əldə bilərlər.
Elə buna görə də, artıq iki ildir ki, ümümtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, olimpiya idman irsinin davam etdirilməsi məqsədi ilə "Olympic Moves" proqramı həyata keçirilir.
Proqram Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin birgə dəstəyi ilə baş tutur.
Bu proqramda məktəblilər 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman - üzrə yarışlarda iştirak edirlər.
"Olympic Moves"un final mərhələsinə - Respublika Birinciliyinə - Bakı şəhəri Binəqədi rayonunundan voleybol idman növü üzrə 248 saylı məktəb vəsiqə qazanıb.
Proqramın final mərhələsi 4-6 iyun tarixlərində Bakı şəhərində keçiriləcək.
Qeyd edək ki, yarışlar Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur. "Olympic Moves" proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb.