“Veysəloğlu” şirkəti Mətbuat Şurası ilə birgə yazı müsabiqəsi keçirir

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir. Şirkətdən “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqənin istiqamətləndirici mövzuları yerli istehsal və ixracatın stimullaşdırılması, pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər, yerli şirkətlər və korporativ sosial məsuliyyət, Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər, yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində roludur. Müsabiqədə I yer (1 nəfər) – 1000 manat; II yer (2 nəfər) - 500 manat, III yer (3 nəfər) - 300 manat, həmçinin 100 manat məbləğində 10 həvəsləndirici mükafat nəzərdə tutulub.

"Veysəloğlu" Şirkətlər Qrupu Azərbaycan Mətbuat Şurası ilə birgə "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün yazı müsabiqəsi keçirir. Şirkətdən "OLAYLAR"-a daxil olan məlumata görə, müsabiqənin istiqamətləndirici mövzuları yerli istehsal və ixracatın stimullaşdırılması, pərakəndə ticarət: mövcud durum, problemlər və perspektivlər, yerli şirkətlər və korporativ sosial məsuliyyət, Azərbaycanda onlayn ticarət: reallıqlar və perspektivlər, yerli şirkətlərin Azərbaycanın qida təhlükəsizliyində roludur. Müsabiqədə I yer (1 nəfər) - 1000 manat; II yer (2 nəfər) - 500 manat, III yer (3 nəfər) - 300 manat, həmçinin 100 manat məbləğində 10 həvəsləndirici mükafat nəzərdə tutulub. Müsabiqə qaliblərinin adları 22 iyul Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq. Müsabiqəyə 2017-ci ilin iyunun 1-dən iyulun 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31